letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qış - ayaz qasımov

Loading...

[bənd 1]
göy üzü bəyaz, yer üzü bəyaz
ağaclar haray çəkir
harada qaldı bu yaz?
ağarıb çöllər, ağarıb yollar
çağlayan çaylar susub
susub qaynar sular

[keçid]
baxıram bir anlıq ağaran çöllərə
fikrimin karvanı çəkir məni aparır
baxıram bir anlıq ağaran yollara
qəlbimdə bir ümid doğulur, boy atır
[nəqərat]
çevrilib dağlara tuturam üzümü
yüz ildir həsrət kimi

[bənd 2]
hayqırır külək, çırpınır külək
ayaqlar gücdən düşür
gücdən düşür ürək
üz tutub yenə üfüqə sarı
gedirəm əzə-əzə yoluma düşən qarı

[keçid]
və hərdən bir ocaq istisi duyuram
hərdən də bir nəfəs hərarəti, şəfqəti
içimdən bir işıq ziyası süzülür
çıxarır qəlbimdən küdurəti, nifrəti

[nəqərat]
çevrilib dağlara tuturam üzümü
yüz ildir həsrət kimi

[keçid]
baxıram bir anlıq ağaran çöllərə
fikrimin karvanı çəkir məni aparır
baxıram bir anlıq ağaran yollara
qəlbimdə bir ümid doğulur, boy atır
[nəqərat]
çevrilib dağlara tuturam üzümü
yüz ildir həsrət kimi
çevrilib dağlara tuturam üzümü
yüz ildir həsrət kimi
baxıram

letras aleatórias

MAIS ACESSADOS

Loading...