letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de güc məndədi - aslixan

Loading...

[giriş]
please welcome dj china

[bənd 1]
ey! çəkil yolumdan görüm, o yana dur
bir az belini və beynini oynadım
bu elə-belə yenilikdir – “moombahton”
amma dedilər ki, gətirir bu tonla pul

elə ona görə bu “beat”i yellədirəm
durun qoşulun mənə, coşun, yellənin, hə!
sizə göstərirəm, nədir “party”
axı “50 cent”dir mənim favorim

onsuz heç kimə çatmır satiralarım
ki, göstərir aztv antenaları
bizə beş günlük dünyanın beşi də bazar
axı iş yox, avarayıq, işimiz asan

mənə dedilər ki, get yaz pul, qızdan
və fanatın olmalı daha çox qızlar
ən əsası, mahnıda söyüş olmaz
elə kommersiya! “battle”, döyüş olmaz!

[nəqərat]
güc məndədir!
güc məndədir!
güc məndədir!
enerji məndədir, güc məndədir!
güc məndədir!
güc məndədir!
güc məndədir!
enerji məndədir, güc məndədir!

[bənd 2]
qulağına qulaqcığı tax
ağ ulduz səninlədir
aradakı fərqlərə bax
inan ki, bu tamam başqa səviyyədir

qulaq as, brenddir bu qulağında pik adam
karvanam, itlər də mırıldayıb “diss” atar
yaxşı ola bilmərəm ki, hamıya mən
kiminə “2pac”, kimə “biggie” kimi pis adam

bu belədir və görürəm
bura elə yerdir ki, burada hətta düz olanı söyürlər
hamı qoşulur axına, axınla yürüyər və
palazına bürünərək ellə sürünər

güclü xalqıq, var güclü “face” ordumuz
hələ mod, dəb üçün də ateist oluruq
monitorun arxasında var o qədər şir olan
birlik də yoxdursa, necə deyim bir olaq?
yer altında tanımıram “ra”dan yuxarı
repdəki əxilərə “rg”dir buxarı
səma çəkir, özümü dartmıram yuxarı
bizə söz soxanın da sətrinə soxarıq

[nəqərat]
güc bizdədir!
güc bizdədir!
güc bizdədir!
enerji bizdədir, güc bizdədir!

güc məndədir!
güc məndədir!
güc məndədir!
enerji məndədir, güc məndədir!

letras aleatórias

MAIS ACESSADOS

Loading...