letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de hamam hamam içində (explicit) - anar nağılbaz

Loading...

[bənd 1]
badi badi giriftar
hamam hamam içində
badi badi giriftar
hamam hamam içində
badi badi giriftar
hamam hamam içində

tində, məhlədə, dalanda, bənddə
yaxında, uzaqda, şəhərdə, kənddə
hər gün, hər yerdə, hər saatda
dünən, bu gün, ya sabahkı vaxtda

dalımca danışanın var yoxunu…
(dalımca danışanın var yoxunu)

hamı bərkgedən, nə əcəb işmiş
əlində təsbeh, cibində kişmiş
kişilər içində bir dənə kişi imiş
babamın qonşusu petuxov miriş

əsrlər keçdi, dünyanı dəyişdi
bizə nə olub bəs, de bir bu nə işdir?
hamı iş gördü, bir işə girişdi
mirişin nəvəsi diddi, didişdi
kimi at qazandı peşixodu qovdu
nə əcəb qoyundur, nə əcəb ovdur
qonşunun qızı bazarda girovdur
çünki adaxlısı mister petuxovdur

hamı bərkgedən, nə əcəb işmiş
əlində təsbeh, cibində kişmiş
kişilər içində bir dənə kişi imiş
babamın qonşusu petuxov miriş

[nəqərat]
zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz

zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz

badi badi giriftar
hamam hamam içində
badi badi giriftar
hamam hamam içində
badi badi giriftar
hamam hamam içində
badi badi giriftar
hamam hamam içində
[bənd 2]
dalca danışmaq, beləcə çalışmaq
yanıb alışmaq, dərddən ötüşmək
boş-boş öpüşmək, pul üçün hər şey
hər şey, çün pul bizlərə bağlı

lal, kor baxmaq, yalandan çaxmaq
burnunu soxmaq, öz-özünə toxmaq
əslində axmaq, arxası uçuq dağ
olmayan sabah bizlərə bağlı

gör, götür yarat, yetişsin murad
qazan bir savad, qazan bir xoş ad
həyatda ol şad, yaşa və yaşat
adam ol, ay “брат”, bizlərə bağlı

dalca danışmaq, beləcə çalışmaq
yanıb alışmaq, dərddən ötüşmək
boş-boş öpüşmək, pul üçün hər şey
hər şey, çün pul bizlərə bağlı

[nəqərat]
zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz
zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz

[bənd 3]
bığları da var, ala, kişidir bu
çölə çıxsa, amma dişidir bu
çox özünü aparma cayıllar kimi
vurarsan həyatı veyillər kimi

buna qədər ki, sən adam olmadın
bundan sonra da çətin olasan
buna qədər ki, sən adam olmadın
bundan sonra da çətin olasan

tində, məhlədə, dalanda, bənddə
yaxında, uzaqda, şəhərdə, kənddə
hər gün, hər yerdə, hər saatda
dünən, bu gün, ya sabahkı vaxtda

dalımca danışanın var yoxunu
(dalımca danışanın var yoxunu)
ala, dalımca danışanın var yoxunu
(dalımca danışanın var yoxunu)

dalımca danışanın var yoxunu
(dalımca danışanın var yoxunu)
ala, dalımca danışanın var yoxunu
(dalımca danışanın var yoxunu)

[nəqərat]
zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz

zaman keçər, ölər dərdləriylə
insan yox olar, nağılbaz
bir gözəlin göz yaşlarıyla
oyanıb qalxar nağılbaz

badi badi giriftar
hamam hamam içində

letras aleatórias

MAIS ACESSADOS

Loading...