letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bu gecə (uzun versiya) - akif islamzadə

Loading...

[giriş]
hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz

sənin ol cəlb eyləyən vəsfinə and içdim, inan
hicrinə, hicrinə yandı canım, yoxdur daha taqət sənsiz

özgə bir yarı necə axtarım, ey nazlı mələk?
özgə bir yarı necə axtarım, ey nazlı mələk?
bilirəm, sən də dedin: “yox daha hacət sənsiz”
sən mənim qəlbimə hakim, sən mənim qəlbimə hakim
sənə qul oldu könül
sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz

sən nizamidən əgər arxayın olsan da, gülüm
gecə-gündüz arayıb, olmadı rahət sənsiz

yemin ettim, çıkmayacağım
yemin ettim, çıkmayacağım meyhaneden bu gece, bu gece…

[bənd 1]
fikrimdə aylı, ulduzlu
asiman var bu gecə
könlümdə körpə quzutək
bir ümman var bu gecə

[nəqərat]
bircə sən yoxsan, əzizim
bilir aləm bu gecə
neyçün olmadın, de, ey yar?
mənə həmdəm, bu gecə

bircə sən yoxsan, əzizim
bilir aləm bu gecə
neyçün olmadın, de, ey yar?
mənə həmdəm, bu gecə
[bənd 2]
şimşəyə “çaxma” desəm mən
inan, çaxmaz bu gecə
araza “axma” desəm mən
bil ki, axmaz bu gecə

[nəqərat]
bircə sən yoxsan, əzizim
bilir aləm bu gecə
neyçün olmadın, de, ey yar?
mənə həmdəm, bu gecə

bircə sən yoxsan, əzizim
bilir aləm bu gеcə
neyçün olmadın, de, ey yar?
mənə həmdəm, bu gеcə…

letras aleatórias

MAIS ACESSADOS

Loading...