letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de alagözlüm (neyləyim) - akif islamzadə

Loading...

[giriş]
alagözlüm, səndən ayrı gecələr
bir il kimi uzun olur, neyləyim?
bağçamızda qızıl güllər hər səhər
tezdən açır, vaxtsızsolur, neyləyim?

bağçamızda qızılgüllər hər səhər
tezdən açır, vaxtsız solur, neyləyim?

[bənd 1]
nərgizlərin gözü yaşla dolanda
bənövşələr baxıb qəmgin olanda
qərənfilin gözü yolda qalanda
yasəmənlər saçın yolur, neyləyim?
qərənfilin gözü yolda qalanda
yasəmənlər saçın yolur, neyləyim?

[nəqərat]
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?

yaz axşamı səni bil ki, bu nigar
həzin-həzin yada salır, neyləyim?
yaz axşamı səni bil ki, bu nigar
həzin-həzin yada salır, neyləyim?

[bənd 2]
tez gələsən, bəlkə əlac verəsən
sünbüllərin saçın yığıb hörəsən
çiçəkləri gəlib özün dərəsən
yolda qalıb baxışları, neyləyim?

çiçəkləri gəlib özün dərəsən
yolda qalıb baxışları, neyləyim?

[nəqərat]
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?…
yaz axşamı səni bil ki, bu nigar
həzin-həzin yada salır, neyləyim?
yaz axşamı səni bil ki, bu nigar
həzin-həzin yada salır, neyləyim?
həzin-həzin yada salır, neyləyim?

[çıxış]
alagözlüm, səndən ayrı gecələr…

letras aleatórias

MAIS ACESSADOS

Loading...