letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de knockout - agharhyme

Loading...

[verse 1]
vur dağıt, sona qədər inadıva dirən, haqqıvı tələb elə
avtomatın qundağı kimi bərk ol, çənəsinə vur, sənə lağ edəni məhv elə
və’də dünyanın hər nə qədər bir dərdi gələ bilir gəlsin onu fəth elə
yəni üsyan et, dağları tərpədəcək dərəcədə ürəkdən səs elə
ələ pistolet, tapanca, rəqibini yaranacan hədəfinə at ancaq
qələmini qızdırıb bas ancaq dərisinə, qalanacan izi, qanı axanacan
təpəsinə otuzdurub qapazla, yumruğu at ağzına, vur sal knock out’a
mədəsini qusdurub, batanacan üstü-başı, yatanacan yerə, vur dayanma!

[hook]
bu yeganə şansın, bunu dərk et
və biganə qalma, haydi sərf et
sinəvi qabağa ver, özüvə güvən
inadına dur, bir addımda cəht et

[verse 2]
yoluva qayıt, yolu qoyuban qayıtma, və qoyma həyatıva soxula baş
onu bolt-qaykayla qolundan qayır, qulağından yapış at, qov bayıra
ayıq ol, yatma, hazır ol fight’a, gəzir o təhlükə sağ-sol krayda
yazılan qayda pozular daima, dünya bala burası əzilər maymaq
bəziləri yaltaq, bəziləri qorxaq, bəzilər alçaq, bəziləri kolpa
bəziləri axmaq, bəziləri boş baş, bəziləri saxta, bəziləri montaj
bəzilərini qardaş, özümüzə yoldaş, əzizlərim, dost, saydıq əsil oğraş amma
əsil o şarlatan, beləsinin şah damar, nəbzini mişarlamaq gəlisim var!
daşır səbrim ah! əsəbiyəm
başım hərlənir ağrını təsəvvür et
mən bir qəzəl deyən, arıq nəzərli’yəm
rap’im peşəkardı, baxma təzə biriyəm
mən bəzənmirəm, belə gözəl biriyəm
yəni rap’i qızlara görə yazan deyiləm
rap’i qatan deyiləm din’ə salan deyiləm
əgər rap dindisə mən azanın deyirəm
sürəti azaltmayıram, eden hazard kimiyəm
ayağı qaza dirəyib gedirəm mozambikə
hər пацан yeyə məni bacarmayar
çün mən heç də deyiləm asan tikə
rap’im qapazlayar səni, qəzəbliyəm
gah kobudam, gahda ki məzəliyəm
hər vərəqimi ölçsək tərəzidə
rap bakıdırsa mən bakının xəzəriyəm b-tch!

[hook]
bu yeganə şansın, bunu dərk et
və biganə qalma, haydi sərf et
sinəvi qabağa ver, özüvə güvən
inadına dur, bir addımda cəht et

letras aleatórias

MAIS ACESSADOS

Loading...