letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de dost - abbas bağırov

Loading...

[bənd 1]
axtar, dolan dünyanı
dostdan şirin dost hanı?
dostu yaxşı gündə yox
çətin günündə tanı

axtar, dolan dünyanı
dostdan şirin dost hanı?
dostu yaxşı gündə yox
çətin günündə tanı

[keçid]
gəlin, gəlin, ay dostlar
mənim sizə sözüm var
bu gün dost şərəfinə
qoy səslənsin arzular

[nəqərat]
dost min arzu, diləkdir
dost döyünən ürəkdir
dostu olmayan insan
axı nəyə gərəkdir?

[keçid]
gəlin, gəlin, ay dostlar
mənim sizə sözüm var
bu gün dost şərəfinə
qoy səslənsin arzular
[bənd 2]
ulduz ay ola bilməz
bulaq çay ola bilməz
hər kəsin öz yeri var
dosta tay ola bilməz

ulduz ay ola bilməz
bulaq çay ola bilməz
hər kəsin öz yeri var
dosta tay ola bilməz

[keçid]
gəlin, gəlin, ay dostlar
mənim sizə sözüm var
bu gün dost şərəfinə
qoy səslənsin arzular

[nəqərat]
dost min arzu, diləkdir
dost döyünən ürəkdir
dostu olmayan insan
axı nəyə gərəkdir?

[keçid]
gəlin, gəlin, ay dostlar
mənim sizə sözüm var
bu gün dost şərəfinə
qoy səslənsin arzular
qoy səslənsin arzular
dostdan şirin dost hanı?

letras aleatórias

MAIS ACESSADOS

Loading...