letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de nə qaldı? - zeynəb xanlarova

Loading...

[bənd 1]
yığdın bu dünyanın varın-dövlətin (x2)
əllini aşırdın, yüzə nə qaldı? (x2)
ayaq getdi, əl gətirdi, diş yedi (x2)
baxmaqdan savayı, gözə nə qaldı? (x2)

[nəqərat] (x2)
nə qaldı? nə qaldı?
baxmaqdan savayı, gözə nə qaldı?

[bənd 2]
ölüm haqqdı, çıxmaq olmaz əmrdən (x2)
ipək tora halqa salma dəmirdən (x2)
aydı, gündü, gəlib keçir ömürdən (x2)
tələsirdik, görək yaza nə qаldı? (x2)

[nəqərat] (x2)
nə qaldı? nə qaldı?
tələsirdik, görək yaza nə qаldı?

[bənd 3]
havaya baxıram hava məxşuşdu (x2)
gəzdiyim oylaqlar yadıma düşdü (x2)
bir gün eşidərsiz, alı da köçdü (x2)
sındı telli sazı, təza nə qаldı? (x2)
[nəqərat] (x2)
nə qaldı? nə qaldı?
sındı telli sazı, təza nə qаldı?

letras aleatórias

MAIS ACESSADOS

Loading...