letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ilk sevgi - xuraman şuşalı

Loading...

bir-birimizdən uzaq olsaq da
yenə mən sevirəm səni
qovuşa bilmirik, amma bil ki
yenə mən görürəm səni

[bənd 1]
ilk sevgi, saf duyğular
məni göylərə qədər ucaldar
qan bu qədər qaynaya bilərmiş
nəbzim döyünür, dözmür damarlar
dil susur, ağlayır göz, başımda fırlanır eyni söz

oldu, keçdi, zaman, dur
zaman, saatını geriyə qur
sən və mən: atan, anan üçün əlçatmaz bir anlayış
sən və mən: sevgi odunda yanan üçün partlayış

[keçid]
gözünü aç, bax, sevgilim
həyatımız necə də gözəldir
sən mənim, mən səni, sən məni
bu həyat nağıla bənzərdir
biz bir yerdəyik
görənlər paxıllıq edərdi
yenə gəlirlər
qonşular deyinərdi
[bənd 2]
sevgi, hisslər və duyğular
məni yenə haralara aparar
həyatımda şirin anlar
məni aldadıb məni sənə inandırdılar
məni alov kimi yandırıb, odlandırıb, sonra közə döndərib
bir günümü yaşadım sevinib
beş günümü yaşadım mən kövrəlib

səni sevirəm demək istərdim
yanımda olmadın, sənə deyə bilmədim
son dinləyicim sənin olduğunu
istərdim, axı niyə ölmədim?
bilərdik, beş gün yaşadım
amma həyat gördüm mən səninlə
niyə yaşayım yarımçığı içi sual dolu
de, haradasan indi, kiminlə?

mənim həyatımda qeyb olub
qeyd olub kimin həyatına
de mənə, sən necə yaşadın?
gedib dönməməyin dərd yarı
axı nəyə görə ürəyimi sən özünlə apardın?

[keçid]
sən ilk sevgim və son sevgimsən
deyərdin hər zaman
sən bir incisən, mən ölərəm sənsiz, inan
bil ki, mən səndən ayrılmaram
hamısı boş, bu, yalan
səni sevirəm
boş xəyallardır mənə qalan
[nəqərat]
bir-birimizdən uzaq olsaq da
yenə mən sevirəm səni
qovuşa bilmirik, amma bil ki
yenə mən görürəm səni

[bənd 3]
şirin anlar bitdi, bir də çətin qayıtsın
günlər geri sayılsın, dağılsın bu dünya
təzədən qurulsun, sevgimizə dastan yazılsın
mən səni sevmədim itirmək üçün
ürəyə yazıb beyindən silmək üçün
mən səni sevmədim həsrət acısının dadını bilmək üçün
həzin yağış yağır nəyisə anlatmaq istər kimi
göylər ağlayır, məni də ağlatmaq istər kimi

[keçid]
yalnızlıq, nədir ürəyi sıxan duyğular?
sənsizlik, əlçatmazdır arzular
bəs nə oldu, mən sənsiz ölərəm
harada qaldı? çağır, gələrəm
sevgimiz bura qədər, ikimiz gözə gəldik
acı kədərim yetər, bəs nəyə görə sеvdik?

[bənd 4]
boş ümidlərlə maraqsız həyatın
mənasını axtarmaqdan bezmişəm
itirmişəm günlərimin sayını
bilə bilsəydik, necə yorulmuşam
məni alov sanırdın, bil ki, sönmüşəm
sanki kor olmuşam, irəliyə baxıram
işığımı görə bilmirəm, bəlkə də, mən ölmüşəm
sən sevsəm də, nə еdə bilərəm
qismətimə səni, deməli, yazmayıb fələk
nə qədər özümü aldatsam da, bəli
cinlər içində olmur mələk, bunu dərk edirəm
amma yenə də nəyəsə ümid edirəm, səni sevirəm
həyatımdan yox olduğunu bu günə kimi qəbul edə bilmirəm

[nəqərat]
bir-birimizdən uzaq olsaq da
yenə mən sevirəm səni
qovuşa bilmirik, amma bil ki
yenə mən görürəm səni

[çıxış]
tanrım, yalvarıram
həsrət yağışı yağmasın ömrümə
sevənlər sevsin
ümid göndər könlümə

tanrım, yalvarıram
həsrət yağışı yağmasın ömrümə
sevənlər sevsin
ümid göndər könlümə

letras aleatórias

MAIS ACESSADOS

Loading...