
letra de sevdim səni - xanım ismayılqızı
[bənd 1]
yavaş-yavaş sevdim səni
hər gün bir az da sevdim
ən çox bu qış sevdim səni
qarda, ayazda sevdim
[keçid]
qar altından baş qaldıran
çiçəktək sevdim səni
istisinə qızındığım
ocaqtək sevdim səni
[nəqərat]
belə sevməmişdim
ömrüm boyu heç kimi
sevdim qar üstündə
yem axtaran quş kimi
qar altından baş qaldıran
çiçəktək sevdim səni
istisinə qızındığım
ocaqtək sevdim səni
[bənd 2]
gör bir nə tez isinişdik
havalar soyuyanda
adamlar qalın geyinib
ağaclar soyunanda
[keçid]
qar altından baş qaldıran
çiçəktək sevdim səni
istisinə qızındığım
ocaqtək sevdim səni
[nəqərat]
belə sevməmişdim
ömrüm boyu heç kimi
sevdim qar üstündə
yem axtaran quş kimi
qar altından baş qaldıran
çiçəktək sevdim səni
istisinə qızındığım
ocaqtək sevdim səni
[çıxış]
qorxa-qorxa bu sübh çağı
nə baxırsan göyə sən?
deyirsən ki, günəş çıxır
qar əriyir, deyəsən
letras aleatórias
- letra de ghost, the millionaire - you deflowered her
- letra de new day - fledfive
- letra de cancer - plagpul
- letra de aime - rumyii
- letra de para olvidarte - dyla no sleep
- letra de pesma o momku mom - zorica brunclik
- letra de young blood - ingwa
- letra de my enemies - vision of leo
- letra de i did this to myself - zeph
- letra de reap the consequence - yvncc