
letra de gəlsin - vüqar camalzadə
[bənd 1]
badi-səba, söylə mənim yarıma
gözəllər çıxıbdır seyrana, gəlsin
təğafül etməsin, işrət çağıdır
içilir hər yerdə peymanə, gəlsin
[keçid]
bənövşələr salsın başın aşağa
nərgiz olsun gözlərinə sadağa
bənövşələr salsın başın aşağa
nərgiz olsun gözlərinə sadağa
gül camalın görüb düşsün torpağa
bülbülü gətirsin əfqanə, gəlsin
gül camalın görüb düşsün torpağa
bülbülü gətirsin əfqanə, gəlsin
[nəqərat]
siyah zülfü tər buxaqda dənlənib
sonalar yerişi ondan öyrənib
siyah zülfü tər buxaqda dənlənib
sonalar yerişi ondan öyrənib
ovçu görmüş maral kimi səksənib
oğrun baxa-baxa hər yanə, gəlsin
barmağında xatəm, belində kəmər
telində güşvarə, düymə tamam zər
qərq olsun yaşıla ala sərasər
naz ilə sallana-sallana gəlsin
qərq olsun yaşıla ala sərasər
naz ilə sallana-sallana gəlsin
hey, hey-hey
[bənd 2]
badi-səba, söylə mənim yarıma
gözəllər çıxıbdır seyrana, gəlsin
təğafül etməsin, işrət çağıdır
içilir hər yerdə peymanə, gəlsin
[keçid]
bənövşələr salsın başın aşağa
nərgiz olsun gözlərinə sadağa
bənövşələr salsın başın aşağa
nərgiz olsun gözlərinə sadağa
gül camalın görüb düşsün torpağa
bülbülü gətirsin peymanə, gəlsin
gül camalın görüb düşsün torpağa
bülbülü gətirsin peymanə, gəlsin
[nəqərat]
siyah zülfü tər buxaqda dənlənib
sonalar yerişi ondan öyrənib
siyah zülfü tər buxaqda dənlənib
sonalar yerişi ondan öyrənib
ovçu görmüş maral kimi səksənib
oğrun baxa-baxa hər yanə, gəlsin
sürmə çəksin gözlərinə, qaşına
gündə min yol mən dolanım başına
zakirtək yanmağa eşq atəşinə
cürəti var isə, pərvanə gəlsin
zakirtək yanmağa eşq atəşinə
cürəti var isə, pərvanə gəlsin
cürəti var isə, pərvanə gəlsin
letras aleatórias
- letra de colonize - amanda reifer
- letra de erkek fatma - pi (tur)
- letra de last dance with you - mei music
- letra de casablanca - lucho ssj, duki & awesome pierre
- letra de close - dagny
- letra de despedida al santo - ferne libata
- letra de jimmy brown - honest john plain
- letra de эн эрэ (only you) - айастаан (ayastaan)
- letra de evocation of w.c. fields (demo version) - the 3ds (band)
- letra de полина сосалка 3 - sk1nyk