letra de mirzə dayı - vüqar əbdülov
[bənd 1]
ay, baba, gödək baba
meyxanaya gedək, baba
ay, baba, gödək baba
meyxanaya gedək, baba
mən bir köhnə dərvişəm
cəhənnəmdən gəlmişəm
mən bir köhnə dərvişəm
cəhənnəmdən gəlmişəm
doğru sözə həmişə
rişxənd edib, gülmüşəm
doğru sözə həmişə
rişxənd edib, gülmüşəm
[nəqərat]
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
[bənd 2]
bizim bu mirzə dayı alicənab insan idi
o da fani dünyaya fani gələn mehman idi
ölməsə idi bu gün hərgah yaşı doxsan idi
məcburuq ki, barışaq qismət ilə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
gözəl ifa etmişdi o zaman “zəfəran”ı
neçə müddət gəzib həsrətlə dolaşdı limanı
liman da təkdi sənintək, sənə idi gümanı
qalıb indi o liman həsrətlə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
sənin ifan nə qədər filmimizə verdi bəzək
“ya məleyxa” deməklə parisi sökdü mələk
iz salıb yaddaşına xalqın o vaxtdan kəpənək
oxuyardın onu çox ləzzətlə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
çoxuna örnək olub mirzə babayev soyadı
var idi müğənnilik, aktyorluq istedadı
əliağa ağayevin yaratdığı “məşədi ibad”ı
oxuyub xüsusi dəsti-xətt ilə mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
gözəl ifa elədin xeyli şairin şeirini
məsələn, mirzə ələkbər sabirin “tək səbir”ini
neçə tədbirlər olur ki, görünür orda yerin
xatirən yad olunur hörmətlə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
qədrini bildi sənin qədir bilər millətimiz
o gözəl sənətinə daim olub hörmətimiz
layiq idin, o səbəbdəndi bizim dövlətimiz
səni təltif elədi “şöhrət” ilə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
inanmaq olmur “əlvida” demisən ruzigara
sənətkar ölmür, ölüm hara? mirzə dayı hara?
haqqında meyxana söyləmək fəxrdir vüqara
anılırsan bu qədir, qiymət ilə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
səni yad eyləyirik rəhmətlə, mirzə dayı
çəkilir daim adın rəğbətlə, mirzə dayı
letras aleatórias
- letra de water - vvlight
- letra de talk to you - dan croll
- letra de tu mens mal - ipndego
- letra de you're my best friend in the whole wide world - the hextalls
- letra de you know the deal - tahmell x da inphamus amadeuz
- letra de lykkelig - statisk
- letra de gdynia a nie francja - tomi (pl)
- letra de samo broj - jana
- letra de memory lane - jaron
- letra de left me standing - the answer