letra de kişilər - vüqar əbdülov
[bənd 1]
ey, bakının tazənöv cavanları
bağın, şəhərin əvvəlki dövranları
biz yığışan köhnə tin, dalanları
tikdiyimiz mərtəbə, eyvanları
niyə dağıdıb, qıra-qıra qalmısız siz?
niyə dağıdıb, qıra-qıra qalmısız siz?
[nəqərat]
tikib, qurmaq gəlmir əlinizdən
ancaq plan qura-qura qalmısız siz
ancaq plan qura-qura qalmısız siz
[bənd 2]
ey, bizim bakının köhnə kişiləri
zəmanənin bu cürdür vərdişləri
siz bilməzsiniz müasir işləri
yaşlıların elə bu vərdişləri
köhnədən dəm vura-vura qalmısız siz
köhnədən dəm vura-vura qalmısız siz
[nəqərat]
cavanların işini bəyənmirsiz
belə görünür, axıra qalmısız siz
belə görünür, axıra qalmısız siz
[bənd 3]
yaşlı nəsil başa sala bilmir sizi
siz seçə bilmirsiz əyridən düzü
heç adamın deməyi də gəlmir, düzü
gündə salıb yanınıza bir cüt qızı
tin, dalanda dura-dura qalmısız siz
tin, dalanda dura-dura qalmısız siz
[nəqərat]
geyiminiz də gödəkləşibdir sanki
əyninizi cıra-cıra qalmısız siz
əyninizi cıra-cıra qalmısız siz
[bənd 4]
nə olsun ki, indi yaşa dolmusuz?
bir vaxt olub siz də cavan olmusuz
biz çalan zurnanı, siz də çalmısız
diş tökülüb, çarəsizmi qalmısız?
hey baxaraq ora-bura qalmısız siz
hey baxaraq ora-bura qalmısız siz
[nəqərat]
indi baxan yoxdu, yəqin, üzünüzə
boynunuzu bura-bura qalmısız siz
boynunuzu bura-bura qalmısız siz
[bənd 5]
hər sözə o saat tapırsız cavab
siz düşünən kimi deyil haqq-hesab
bilmirsiz nədir günah, nədir savab
oxumamısız ömrünüzdə bir kitab
dəyməmisiz, hələ qora qalmısız siz
dəyməmisiz, hələ qora qalmısız siz
[nəqərat]
oxumamışdan alim olub, çıxmısız
n-z-r olub hazıra qalmısız siz
n-z-r olub hazıra qalmısız siz
[bənd 6]
indi kosmosun raket dövrüdür
kompüter, internet dövrüdür
siz deyənsə, köhnə sovet dövrüdür
lap mezeolit, lap neolit dövrüdür
o dövrandan ara-sıra qalmısız siz
o dövrandan ara-sıra qalmısız siz
[nəqərat]
sizin yaşda meşədə ağac qalmayıb
üç-dörd nəfər gücə-zora qalmısız siz
üç-dörd nəfər gücə-zora qalmısız siz
[bənd 7]
bəyənmirsiz nə üzlə keçmiş çağı?
ərzağınızdan pis idi ərzağı
var canımızda nikolayın yağı
siz tapa bilmirsiz adi cızdağı
yemək yoxdu, şitə-şora qalmısız siz
yemək yoxdu, şitə-şora qalmısız siz
[nəqərat]
ac toyuqtək yuxuda darı görürsüz
barmağınızı sovura-sovura qalmısız siz
barmağınızı sovura-sovura qalmısız siz
[bənd 8]
bizə bu olan əksi qədər də xoşdur
mədəmizi salqsaq da dərdə, xoşdur
qamburger də xoşdu, dönər də xoşdu
havada olan tüstü, zəhər də xoşdu
bu tüstünü yara-yara qalmısız siz
bu tüstünü yara-yara qalmısız siz
[nəqərat]
biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora-yora qalmısız siz?
nə özünüzü yora-yora qalmısız siz?
biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora-yora qalmısız siz?
nə özünüzü yora-yora qalmısız siz?
biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora-yora qalmısız siz?
nə özünüzü yora-yora qalmısız siz?
letras aleatórias
- letra de early in the morning - dan rose
- letra de симбиоз (symbiosis) - heartsnow
- letra de instagram - hirvrgtarget (rus)
- letra de diss fecho - offbruce
- letra de love me right - ida laurberg
- letra de the false bride - hazlewood
- letra de esthète - rohan houssein
- letra de bend & bow - kayls
- letra de digitalia - nandan
- letra de from here - vinnii a