letra de sirli aləm - vasif məhərrəmli
[bənd 1]
dedin: ‘’qayıdacam, yolumu gözlə’’
gözləyə-gözləyə bitdi ömür, gün
həsrətlə gözlədim aylar, illəri
ömrümə ağır daş olubdur bu gün
dedin: ‘’qayıdacam, yolumu gözlə’’
gözləyə-gözləyə bitdi ömür, gün
həsrətlə gözlədim aylar, illəri
ömrümə ağır daş olubdur bu gün
[nəqərat]
qaranlıq gecənin, qaranlıq gecənin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
qaranlıq gecənin, qaranlıq gecənin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
[bənd 2]
açıb qollarını həsrətlə sən
nə olar, sevgilim, məni gözləsən
könlümü oxşayıb məni dindirsən?
inan ki, ürəyim dolubdur bu gün
açıb qollarını həsrətlə sən
nə olar, sevgilim, məni gözləsən
könlümü oxşayıb məni dindirsən?
inan ki, ürəyim dolubdur bu gün
[nəqərat]
qaranlıq gecəmin, qaranlıq gecəmin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
qaranlıq gecənin, qaranlıq gecəmin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
[bənd 3]
səni hər gün sevdim, hər gün
mənə etdiyin eşqdən küskün
gecələr zülmətlər içində
qəlbim deyir ki, döz bu gün
elə bu gün də qayıdacaq, bu gün olacaq
bu gün həsrətlərə son qoyulacaq
gözlədim hər gün, hər gecə
eləcə də gözləyirəm səni indicə
[keçid]
varmı, mən qədər inanan varmı?
sonda aldanan, de?
varmı, mən qədər alışan varmı?
sənin odunda yanan, de?
sənli o günlərim, sənli-sənsiz xatirələrim
qaldı dünəndə
gələcəksən, deyəcəksən: “səni sevirəm”
sev bu gün
[nəqərat]
qaranlıq gecəmin, qaranlıq gecənin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
qaranlıq gecənin, qaranlıq gecənin
sirli aləmi
ən yaxın dostuma, ən yaxın dostuma
dönübdür bu gün
letras aleatórias
- letra de pjevač beatlesa & stonesa - pips, chips & videoclips
- letra de scarred fa life - nario da don
- letra de da ne moran pojti čja - gustafi
- letra de tenacious love - qntal
- letra de uma mulher - leões de israel
- letra de who the fuck want what? - da g.f.c
- letra de aquarius - original london cast of hair
- letra de budi moj brod - gustafi
- letra de or not - yvng jezuz
- letra de deadpool - yandi1k