
letra de yaş o yaş deyil - vaqif əsədov
[bənd 1]
sevincdənmi, kədərdənmi nəmlənib
gözlər o gözlərdir, yaş o yaş deyil
cəm gözəllik camalında cəmlənib
baxış o baxışdır, qaş o qaş deyil
[nəqərat]
gəncliyin üstünü aldı duman, çən
səni də, məni də qocaltdı erkən
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
[bənd 2]
bağçamızda gül-çiçəyə batardın
qoltuğuma qısılardın, yatardın
hey dalımca söz səfanı atardın
dillər o dillərdi, daş o daş deyil
[nəqərat]
gəncliyin üstünü aldı duman, çən
səni də, məni də qocaltdı erkən
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
[bənd 3]
dünyamızı yola saldıq birtəhər
boğuldu arzular, boğuldu qəhər
yolunu gözləyən hər axşam-səhər
murad o muraddır, yaş o yaş deyil
[nəqərat]
gəncliyin üstünü aldı duman, çən
səni də, məni də qocaltdı erkən
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
o qara tellərə min sığal çəkən
əllər o əllərdir, saç o saç deyil
[çıxış]
dillər o dillərdi, daş o daş deyil
murad o muraddır, yaş o yaş deyil
letras aleatórias
- letra de you got the devil in you (from "after: we collided) - john coggins
- letra de dream dancer (frühlingstänzerin) - lichtmond
- letra de sad life - spirreto
- letra de bwah!* - nøtinvain
- letra de if you knew - sammy johnson
- letra de fever (reworked) - deaf havana
- letra de dancing (ada rook faulty choreography mix) - katie dey & ada rook
- letra de debe - yzna
- letra de res - lildami
- letra de si - kamini