letra de uğur böcəyi - useef
[giriş]
qanadlan uç, ol köməyim
onu mənə gətir, uğur böcəyim
ya da öldür məndəki ürəyi
amma ona söyləmə son diləyi
[nəqərat]
qanadlan uç, ol köməyim
onu mənə gətir, uğur böcəyim
ya da öldür məndəki ürəyi
amma ona söyləmə son diləyi
[bənd 1]
üfürdüm arzularımı qanadına
ümidimi bağladım yalnız adına
bilmirəm, uçub gedəcək axı hara?
o qədər çarəsizəm ki inanıram
[keçid]
bu səhər ürəyimdə yasım var
dərdlərimi üstünə atasım var
ümidim əllərimin arasında…
hamıya dəli kimi söylədim dərdi
təkcə yanımdakı uğur böcəyi dinlədi
axı qanadları çarəsizdir
bəlkə heç o da bu yükə dözə bilmədi?
[nəqərat]
qanadlan uç, ol köməyim
onu mənə gətir, uğur böcəyim
ya da öldür məndəki ürəyi
amma ona söyləmə son diləyi
[bənd 2]
fəsillər keçib gəldikcə üzü yaza
bəlkə uçub gəlib əlimə qonasan?
sənsiz onu diləmək heç olmur asan
axı indi bu soyuqlarda haradasan?
[keçid]
bu səhər ürəyimdə yasım var
dərdlərimi üstünə atasım var
ümidim əllərimin arasında…
[nəqərat]
qanadlan uç, ol köməyim
onu mənə gətir, uğur böcəyim
ya da öldür məndəki ürəyi
amma ona söyləmə son diləyi
[çıxış]
qanadlan uç
onu mənə gətir
ya da öldür məndəki ürəyi
hu…
letras aleatórias
- letra de 壁 (kabe) - betcover!!
- letra de город без теней (city without shadows) - mental pit
- letra de you stayed on my thoughts - oliver ross
- letra de everything we know - jayden wark
- letra de paris is burning - abra taylor
- letra de big dog status - cj & dj drama
- letra de trap house - young graf
- letra de девочка из группировки (the gang girl) - mental pit
- letra de images - ian carr's nucleus
- letra de 十面相 (juumensou) - 空星きらめ (sorahoshi kirame)