letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tam səmimi - uran

Loading...

[verse: uran]
yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı
qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı
məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı
ya xəstəlikdən, ya da sağ-salamat ölüb torpağa batmalı
bunları gözəl öyrətdi mənə həyat, gördüklərimlə
müqayisə etməyə çalışdım bildiklərimi öyrəndiklərimlə
nəticə bilirsiniz necə oldu?
bir şey üçün mübarizə, bəzən həmin şeyə nail olmaqdan daha vacib bizə
valideynlərim mənim, istədiyiniz nümunəvi oğul olmadım
siz məni ayrı tərəfə yönəltdiniz, mən o tərəfdə qalmadım
neçə yuxusuz gecə, əsəb, narahat anlar mənə görə
tərsliyim, uğur, yaradıcılıq məni görər
bilirəm necə əziyyət çəkirdiniz, çəkdiyim əziyyətdən
realist, optimistəm, atam-anam, çıxacağam vəziyyətdən
enişli-yoxuşlu yolda girov, gah ovçu, gah ov
gah zabit-leytanant, gah növbə rəisi ibrahimov. (həri!)

[nəqarət: uran]
bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
kim nə götürər onu görər
yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
mən rep üçün doğulmuşam

[verse: uran]
rep ya mənim taleyim, ya da həyatımın qarğışıdır
inanın çıxışdan mənə qalan çox vaxt pul yox, dinləyici alqışıdır
qəribəsi budur ki, yazmağı mənə valideynlərim öyrətdi
heç bilməzdim ilk sətrimi yazandan sakitliyim itdi
və mən qədəm qoydum söz, cümlə, mövzu mədəninə
ürəyimi qidalandıran kağızlar qida atmırdı mədəmə
quru bəy kimi dolaşırdım küçələri
neçələri yerimdə olmaq istərdi, yanımda olmaq istərdi neçələri
evdə gündə deyirdilər: “repdə gəlir yoxdur, gözləmə
birazdan yaş otuzlara keçəcək. iş tap özünə”
ailə-məişət problemləri, övlad bunlar ayrı təzyiq
doğurdan, bəlkə, bəsdir yazdıq, dedik, çıxış etdik, gəzdik
mənasız şeylər dəftəri bəlkə mənasız uçuruma aparır
bəlkə hələ qabaqdadır qara günlərimin çaparı?
saniyələr gedir ömürdən, gözünü açırsan itir illər
biz isə hələ də səhnəyə doğru qalxırıq master-t ilə (həri!)
[nəqarət: uran]
bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
kim nə götürər onu görər
yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
mən rep üçün doğulmuşam

[verse: uran]
təsəvvür edəndə rep, anbar, klan olmasaydı
harada və kim olardım mən, fələk öz bildiyin saydı
altıncı sinifdə şeir yazmasaydım, bəlkə olar sadə
bu mürəkkəb həyatda özümü necə edərdim ifadə?
hərbçi qalıb top atardım, futbolçu olub top qovardım
ya ofisdə oturardım, həkim olub şiş tapıb, qoparardım/
bəlkə siyasətçi-biznesmən olub pul qazanardım
ya rüşvətxor, əzazil gündüz yığardım, gecə uzanardım
bəlkə kələk kimilər bitməyib, demirəm belə pisdir
nəqliyyat, avtobus, metro. nə olsun kimdəsə cl-s-dir?
sеvdiyim balam var, güvəndiyim qardaşlar
ətrafım, atam-anam, kənan, rüstəm. şükür bəsdir bu ətrafa
nə olsun efirə çıxıram torpaqların işğalı günü?
bir konsert, dörd klip, cd. əsas budur xoşhallı gülüş üzdə
və biz də istədiymizi qazanmasaq da, yaşayırıq inadkar mübarizəmizlə, musiqimizlə (həri!)

[nəqarət: uran]
bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
kim nə götürər onu görər
yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
mən rеp üçün doğulmuşam

letras aleatórias

MAIS ACESSADOS

Loading...