letra de nə qalacaq? - uran
[giriş: uran]
aha
gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında
özünə sual verirsən:
nə qalacaq məndən sonra?
nə qalacaq səndən sonra?
get…
[bənd 1: samira alimaryam]
pəncərədə günəşin
hətta o da dəyişir
sönər, bir gün gələr sıra
nə qalır ondan sonra?
[bənd 2: uran]
qamətini əymir bu yük, çün’ hər kəsin yükü böyük
görmürsən günəşdə ləkə, görürsən günəşsiz göyü
su – öyrəşdikcə qızır, dəmir – döyüldükcə bərkiyir
yara ağrıdıqca yazır, insan böyüdükcə dərk eləyir ki
sevgi nə, qorxu nə, vərdiş, asılılıq nədir?
hansından ürək döyünür, hansı ürəyi yellədir?
maddiyyat, ya hissiyyat, vaxt yetişir salır tora
sonda özünə sual verirsən: “nə qalır məndən sonra?”
[bənd 3: samira alimaryam]
karmanın geci, tezi
insan insandan bezir
çarə, vurma qəlbə yara
bu qalır səndən sonra…
[bənd 4: uran]
xəyanətin belə acı nəticə verəcəyini bilmirdin sən
birinə yazdın, biri ilə yatdın – bunda problem görmürdün sən
yaralı qəlbi xoş tumarla, düşünürdün, verirsən yola
əgər ortada yanan məşəl, soyuq olsa da, sönmürdüsə
açılan dolablar, rəflər, keçilən qırmızı xətlər
andlar, vədlər silmir köhnə dərdləri -, dedilər
tələsib, qurub planlar, əlini kəsib qalıb olanla
gördün, alınmır, “axı sevən adamlar belə dolanmır”
deyib baş vurdun depressiya gölünə düşən kəsək kimi
amma sahilə çıxıb gördün hər şeyi məsəl kimi
yaş ötür, illər gedir, amma heç kəs bilmir hara
bircə allah bilir, nə qalacaq hamı gedəndən sonra
[bənd 5: samira alimaryam]
geriyə sən baxanda
nə görürsən arxada?
yollar, o keçdiyin yollar
qalacaq səndən sonra…
letras aleatórias
- letra de sky - soma
- letra de cruella deville - corday
- letra de 20 - rizky surur
- letra de ophelia (dead rabbit & shelly philips remix) - audhentik
- letra de this christmas - dcappella
- letra de places - drove & dillon francis
- letra de nine rap (heroes falling) - daddyphatsnaps
- letra de passado - tivityn feat. teddy
- letra de فى بستان الله - mej egypt
- letra de trust me - justin koh