letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de musiqi - uran

Loading...

[giriş]
bu… bu, musiqidir
bunu izah etmək olmur
bu, sadəcə, musiqidir
getdik, ah

[bənd 1]
heç kəs lazım deyil, qapını bağlamışam
daha sınama məni, həyat, ağıllanmışam
görünən odur deyən çox yandım odunda
fərqli qadınlar, pul-imkan badına
mənimsə imdadıma çatanın bir adı var
o həmişəlikdir, sonu yoxdur, ardı var
o şəffaf olsa da, elə bil ki, nərdivan
musiqidir adı – canlanır hər divar

tək qalanda depressiya alanda ağuşuna
dərd qanadları bitişəndə tale quşuna
cansız butulka boşalıb alanda huşumu
səslənən notun titrəyişindən dağılışırlar

məndən soruşma necə, axı bu şüuraltı
eşitdin, əks etdi ifadə, sözlər zühur oldu
döl, rüşeym, insan. ruh baş-beyin təması
hər ömür yeni mövzu, hər ömür yeni timsal

[nəqərat]
əvvəlin görmür, sonrasın görmür
əlləri yoxdur, tarazı birmi bunun?
izahını axtar, izahı var altda
mənası sabit, mənası birmi bunun?

[bənd 2]
boşluq. qaranlıq. səssizlik. çarəsiz
qərar qəbulundan yorğun beyin idarəsi
cavabdehliyi qarğış kimi görən bir bəndə
özü özünü anlamır deyə, özü özünə düşməndir
hər şeyin “niyəsi” olmur. hər şeyi tərəziyə qoyma!
hər şeydə yox ”işarə”. hər qərarı tələsik alma
hər qiymətdə axtarma ədalət balansını
zərif çatı düzəldən yerdə birdən hər şey tamam sınır!

çökən divardır, amma bünövrə sağ qalır
bunu anlamayan illərlə sarar yaraya sarğını
itirib marağını sülənir qaranlıq dəhlizdə
elə bil fərqli sahilləri dolanıb bir dənizdə

bu zaman musiqi dalğası qaldırır ərşə
ləpələrin qoynunda buludlarla görüşüb
xilaskarın karına çatır, sanki ”arazbarı”nı
üzeyir yazıb verir sənə ömürlük könül yarını!

[nəqərat]
əvvəlin görmür, sonrasın görmür
əlləri yoxdur, tarazı birmi bunun?
izahını axtar, izahı var altda
mənası sabit, mənası birmi bunun?
mənası birmi bunun?

letras aleatórias

MAIS ACESSADOS

Loading...