letra de küçələr oyaqdır - uran
[giriş]
eşit gör
eşit gör, nə deyirəm
eşit gör, nə deyirəm
eşit, de
eşit gör, ay
eşit gör, nə deyirəm
eşit gör, a!
[bənd 1]
üç nəfər məhlədə, tində, “montin”də
polis maşını öndə, iki əməkdaş içində
çöldə soyuq hava, külək şübhə kölgəsində
maraqlı vəziyyət yaranıb prospekt döngəsində
kim-kimi izləyir – polislər qaqaşları, ya əksinə?
külək küçə təmizləyir, səsinə insan diksinər
borzu fasonlu adam sükan arxasında oturmuş
yanındakına danışır necə dünən birini vururmuş
döyürmüş, söyürmüş, cibinə atıb bir baş nəşə
tutulmuş oğlanı heç nəyin üstündə salıb işə
oxunan məbləğ veriləndən sonra oğlan buraxılır
yanında oturan onun söhbətinə həsrətlə baxır…
elə bu zaman maşının qapısı açılır – küt zərbə!
on saniyədən sonra hər iki nəfər artıq yerdə!
üzü bağlı üç nəfər onlardan birini möhkəm çırpır
əli-qolu bağlı baqajda onlar səhər tapılır
[nəqərat]
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
[bənd 2]
indi isə başqa söhbət, indi isə başqa bir hal
uduza bilərsən bir hal, itirə bilərsən min xal
müəllim verir bal imtahanda pulla, dolu zal
cib, stol dolarsa, demək jurnalda yaxşı əhval
biri oxuyan, kasıb təbəqədən olan tələbə
təfəkkürü güclüdür, həmçinin “yoxdur” deyir məbləğə
qızı imtahandan kəsirlər. qız dönür evə
evdə də əlavə qardaşı xəbər olur, hirslənir və…
çıxır evdən, bacısı ilə oxuyan yaxın qaqaşa zəng
dəqiq ünvan, işdən çıxma vaxtı qaralıb rəng!
imtahan’çın lazımlı pulu da borcnan oğlan tapır…
axşam. məhlə. müəllim girir bloka, bağlanır qapı
heç kim bilmədi kişi ilə nə baş verdi blokda
onu tapırlar ağzında 300 azn, oturmuş şokda
yadında qara parça, zərbə, huşsuz, bağlı qollar
ayılır, qışqıra bilmir, nəfəsə maneə pullar
[nəqərat]
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
[bənd 3]
deyə bilərsizmi içəridə neçə günahsız dustaq yatır?
neçə nəfər tələbəni müəllim pula görə bayıra atır?
neçə nəfər həkim olur? neçə nəfər mühəndis?
neçə nəfər böyüyüb müəllim olur? neçə nəfər polis?
neçə nəfər xəstə bədbəxt olur əməliyyat stolunda?
adam həkimdir, görürsən, yazılıbdır diplomunda
yeni nəslin neçə hissəsi “təhsil” alır siniflərdə?
və görəsən hansı mənəvi itkidir yeni hədəflərdə?
sözüm hər kəsə – təbəqəsindən asılı olmayaraq
özündən sonrakının yaşam tərzinə göstərib maraq
fikirləşməyin fikrim yanlış addımlara çağırışdır
öyrəşdiyimiz, yaşadığımız həyatımıza bir baxışdır
elə belə yaxşıdır?! nə deyirəm, onda seyrə davam
gözünü yum, yorğanın altına gir, gecən xeyrə – davam
yorğan yaxşı şeydir, amma ölçüsü ayaqdır
cəmiyyət gözünü yumub yatsa, küçələr oyaqdır!
[nəqərat]
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
aramla nəfəs al
tonu aşağı sal
şəhər yatsa belə
küçələr oyaqdır!
qaranlıq məhəllə
külək əsir hələ
qorxunc bir mənzərə
küçələr oyaqdır!
[çıxış]
küçələr oyaqdır
küçələr oyaqdır
letras aleatórias
- letra de bloom - edwin raphael
- letra de four leaf clover blues - bill haley & four aces of western swing
- letra de 32 mesures d'un humain - cica
- letra de get off me - leroy
- letra de really don't like u - tove lo
- letra de bae - clc
- letra de merry christmas! - scooby mike
- letra de infinite scale - comrades (post-hardcore)
- letra de paranoid - hellhound johnny
- letra de lemme put this cup down - brasstracks