letra de qağayı - türkanə kərimli
[bənd 1]
illərlə yol gəlib yoldaş olmuşuq
sirr verib, sirr alıb sirdaş olmuşuq
doğmayıq, əkizik, cüt doğulmuşuq
[keçid]
könlümü yandırır, demə, yadındır
mənim səadətim sənin adındır
qısqannam səni də, ruhum qadındır
könlümü yandırır, demə, yadındır
mənim səadətim sənin adındır
qısqannam səni də, ruhum qadındır
tale, bu qisməti əlimdən alma
[nəqərat]
məskən seçib daş, qayanı
ollam, ollam bir qağayı
məskən seçib daş, qayanı
ollam, ollam bir qağayı
ollam, ollam bir qağayı
[bənd 2]
alın xətlərimlə başlar savaşım
ovuc xətlərimə düşər göz yaşım
allaha tez yetir alqış, qarğışım
[keçid]
könlümü yandırır, demə, yadındır
mənim səadətim sənin adındır
qısqannam səni də, ruhum qadındır
tale, bu qisməti əlimdən alma
[nəqərat]
məskən seçib daş, qayanı
ollam, ollam bir qağayı
məskən seçib daş, qayanı
ollam, ollam bir qağayı
ollam, ollam bir qağayı
məskən seçib daş, qayanı
ollam, ollam bir qağayı
ollam, ollam bir qağayı
letras aleatórias
- letra de the thesis - ace the vig
- letra de only - 2269
- letra de isolated - trevor something
- letra de chemical imbalance - justin stone
- letra de la mentale - néoklash
- letra de they sleep - yvng swag
- letra de bad intentions - gold connections
- letra de tupac - lo & leduc
- letra de poison - limbs(us)
- letra de space whores - franco carter