letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de vera - tuncer ali

Loading...

aciz gecələrdən palçıqlı yollarım var
ikimizə də yetəcək qədər qaldı qollarımda
kədər rollarında, keçmişin vaqonlarında
bir də dumanlı axşamların salonlarından
çıxırdı öncə şeirlər ölürdü hamsı sonda
bir neçə məktubla intihar sevinci fonda
qarışmışdı əlvidayda cümlələr iz qoydu qolda
yazılmamış cümlələr də əsir qaldı onda
40 illik musiqilərin anlamadığı dərdlərdən
azad etmişdi ruhu pərdələrimi tərpətmə
qırıq pəncərələrlə anlaşdı bu gecə dumanlar
qapını bağla get, lazım deyil utanma..
divarlarda şeirlər, şək!llərində əl izləri
ən sevdiyinin arxasınca getmək də qəliz gəlir
təsadüf cinayətə qurban verildi saflığı
hekayə bitdi ətrini ciyərlərində saxlayır
görənlər bilirlər hansı yaralar ən dərində
gələnlər gedirlər azadlığımız əllərində
bu nifrətin sevgiləşdiyi gecələrdən qalır
sonların sonrası olmur demişdin yadımdadı

axtardım tapmadım səni cavab da vermədin
“bu otaqdan çıxa bilsəydin gələr” deyir dəli
geridə qaldı qapılar səhifələri topla danışma
ölüm anında tək ehtiyyac əcəllə barışmaq
çarəsizliyin də çarə olduğu vaxtlar gəlir
məni məndən al, sənindi amma geri qaytar səni!
burda məzarlarla eşqi dadan yazarlar
və gözlərində xəzanlar olduqca dərdi azalmaz
dərdi yazanlardan öncə susdu azanlar
və tanrı günahlarını bağışladı son namazında
soyuq gecələrin sonunda kirli sabahlar
ləkələrimi təmizləyib gedərdin ən azından..
bu şəhərə həsrət yaraşırdı sevgi göstərdilər
xəzərdən aldığı dalğanı həbs edir öz qəbrinə
gülüşlərin cinayətdi, vera, ölümü salamla
“dəlixanadan sevgilər” də nifrət oldu zamanla..

letras aleatórias

MAIS ACESSADOS

Loading...