letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de imza - tuncer ali

Loading...

yoxsan.. cavab gəlmir
bir qıraqdan baxdı hamısı deyirdilər “dəlidi”
xəbər çatmadı axtarıb tapmadığım diyardan
dağıldı bir anda..
səndən sonra elə mən də köçdüm ordan
bir də olmur bu zəhrimarlardan doymaq
dünən son kitabları satdım bir neçə içkiyə
siqaret qadağan deyirdilər çoxaldı gizlidən..
sənsə qayıtmadın.. (qayıtmadın)
güzgülər də faydasızdı, iynələr ayıltmadı
qaça bilmirəm inan, ayaqlarımda güc qalmadı
deyirlər “sahib olduğun qadın o dünyadadı”..
bu dünyada nə işim var? əlivi uzat doktor
körpə qızım bətninə həbs oldu zaman dondu
elə bilirsən asandı gözləmək bir il orda?
öncə beyini uyuşdurur, sonra girir qoluma..
damarlarıma güldü qışqırırdı şəhər səssiz
ayrılığıvı çəkib satırdım o bağda sənsiz
görmədilər.. (görmədilər)
tanrıya belə yalvarardım o an ölmə deyə..
faydasızdı içkilər, içim tökülmür heç kimə
qısaldırdım illəri göz bəbəylərivə gecikirəm
divardan şək!lləri topladım evimi yandırıb
nəysə dayandırın..
sərxoş gözlərimə dərman axtarırdı ağlayıb
qapını bağlayın otaqda küləkləri qucaqlayım
ağrıdırdı dözmək olmur, deyirdin ki “gözlə yolumu”
indi sən gəl! mən gələndə ölmək oldu..
artıq hamısı bilir ki keçməyəcək bu zibillər
sən eyni qaldın ardında qocaldır bizi illər
mənim yerim yoxdu getməyə torpaqda qaldı
gülüşlərivi basdırmağa bu torpaq da dardı
yataqlarda bağlı dumanlar, toxunmadan anla
ölüm inan soyutmurdu yandırırdı zamanla
sonra gəldi gedənlər, yanırdı pərdələr də
anlamırdılar! xatirən ciyərlərimdə..
sevgi deyil bu, nifrətin kədərli halı
düşüncələrlə hökm edir qəlbin intiharı
illərimin yadigarı, yoxluğun ağır gəlir
sən mənim axır qəmim..
hardasan? əlimdə heç nə qalmadı
cavabsız qoyurdu tanrı çarəsiz duaları
cənnətə inanardım ölüm belə tez gəlməsə
hər şey bitsə, sənsə getməsən..
pəncərəmdə bir neçə həsrət və yarım tüstülər
cümlələrimi yazırdım yarım şeirlər üstünə
qapıları bağla! intihar qonaq gəlir
imza: dəlixanadan dəli..

letras aleatórias

MAIS ACESSADOS

Loading...