letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ana (kamançanın sehri konserti) - toğrul əsədullayev & xəzər süleymanlı

Loading...

[bənd 1]
əgər bütün bəşəriyyət ədüvvi-canım ola
ürək süqut eləməz aldığı mətanətdən
ricavü xəvfə məkan vermərəm gər alimlər
min il də vəz edələr dəhşətü-qiyamətdən

pələnglər tuta dövrüm, çəkinmərəm əsla
və ya ki vəd edələr dövləti-cahanı mənə
ki, bir kəsə baş əyib içzimi bəyan eləyim
əyilmərəm, nə ki yer, versələr səmanı mənə

yanımda gər dura cəllad əlində şəmşiri
ölüm gücü ilə mənə hökm edə, olum təslim
əyilmərəm yenə haşa, ölüm nədir ki
onun gücü ilə xalqa həqiranə eyləyim təzim?

cahanda yox elə bir qüvvə, baş əyim ona mən
fəqət nə güclü, zəif bir vücud var, yahu
ki, hazıram yıxılıb xaki-payinə hər gün
öpüm ayağını əcz ilə. kimdir o? nədir o?

ana, ana – o adın qarşısında bir qultək
həmişə səcdədə olmaq mənə fəxarətdir
onun əli ilə bəla bəhrinə yuvarlansam
yenə xəyal edərəm bəzmi-istirahətdir
əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn
atıl cahana sən, ey ildırım, alış, parla
gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl
sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla

bunlar mənə əsər eylərmi? mütləqa yox, yox, yox
fəqət ana – o müqəddəs adın qabağında
o, pak bağrına bassın məni, desin layla
təbəssüm oynadaraq titrəyən dodağında

bütün vücudum əsər, ruhum eyləyər pərvaz
uçar səmalara o aləmi-xəyalətdə
yatar, ölər bədənim, nitqdən düşər bir söz
ana, ana, sənə mən rahibəm itaətdə
ana, ana, sənə mən rahibəm itaətdə

letras aleatórias

MAIS ACESSADOS

Loading...