letra de mündəricat - tibu km
[bənd 1]
bu gün qovuldum işdən, dedilər tənəffüsdə
müdür bildi asılıyam mən təkcə bir təxəllüsdən
açığı öyrəşmişəm daşımağa bəd yükünü
dən tapır öz tükünü, 23-də saç tökülür
həmişə istəmişəm pulları içib xərcləyim
təəssüf… həmişə olmayıb heç cib xərcliyim
dəhşət pis övladam, məndən də pisləri var
ömürlük “tattoo”m yox, ömürlük güllə izlərim var
dalımca qaçan itlərin ayağı at kimidir
mən sənə kəlmə dedimsə, bu mənə and kimidir
rəis, gəl danışaq səninlə haqqına
bu günə qədər mən girmədim kiminsə haqqına
məhəbbət görmürdüm mən dırmaşanda ürək damına
tanıdığım məcnunlar ürəyini atır zibil qabına
sevgi çox istəklidir, xoşlayırdı pul və qızıl
mən istəmirəm mən kimisini tapsın mənim qızım
hər gün eynidir, ancaq sayı dəyişir rumkaların
aldığım sutkaların, dərmanların “ломка”ları
musiqi sovurdu bizi, gələcək beləydisə
dəqiq bilirdim, qoyan olmayacaq heykəl bizə
elə bil qəm əhvalım xoşluğa dilənir rica
elə bil uğurumun üstünə mən örtmüşəm hicab
elə bil yazmayanda sümüyə dirəndi bıçaq
və həyatımı oxuyurdum, alınırdı mündəricat
[nəqərat]
mən özümü dinləyəndə yorulurdum
hər gördüyüm kağızda doğulurdum
öz dünyama qapanıb yox olurdum
başqa hər yerdə mən boğulurdum
mən özümü dinləyəndə yorulurdum
hər gördüyüm kağızda doğulurdum
öz dünyama qapanıb yox olurdum
başqa hər yerdə mən boğulurdum
[bənd 2]
heç kəsi oyatmadan yerimdən dururdum asta
çünki bu gün ilk dəfə oyanmışdım sübh namazına
əllərim təmiz halda inamımı yığdım həcmə
yerə pıçıltı gedər, göyə möcüzəydi səcdə
bu kürəni bəyənmirdim, bəyəndim öz röyalarımı
mən yaratdım sən yaratdığın dünyada dünyalarımı
körpəlikdən bəri səhvlər, məndə abır qalarmı?
gizlədirdim evdəkilərdən qırıq qabırğalarımı
gördüyüm hər bəyaz vərəqdə hər gün misra doldu
əllərimə vermisən qüvvət, yazdığım missal oldu
və dağıdırdı hər gün ciyərlərini insan oğlu
mən bir gün tövbə etdim, həmin gün insan oldum
mən özümdən razıydım, dəhşət özümə hər gün əmin
sol çiynimin torbasına gəlir daşlar hər günə min
qəhraman babəklər olur, mən sadə əlxürəmin
qarışdırdım cənnət suyuyla alovunu cəhənnəmin
yanına gəlmişəm bu gün şairin nəğməsiylə
əlimdə bir qutu yazı insanların gur səsiylə
gətirmişəm məktublar sənə, ölüm diləkçəsiylə
mən ayrı dildə danışırdım, insan ləhcəsiylə
sən mənim alnımı yaz, mən qələmi edim qatil
mən yaşadım çox səhv, amma yaşadım sənə xatir
öz varlığıma qafil hiylə əməl tarazlanar
mən səni təkcə görsəm, suallarım cavablanar
[nəqərat]
mən özümü dinləyəndə yorulurdum
hər gördüyüm kağızda doğulurdum
öz dünyama qapanıb yox olurdum
başqa hər yerdə mən boğulurdum
mən özümü dinləyəndə yorulurdum
hər gördüyüm kağızda doğulurdum
öz dünyama qapanıb yox olurdum
başqa hər yerdə mən boğulurdum
letras aleatórias
- letra de nunca tuve tanto - nanpa básico & ximena sariñana
- letra de older than the gods - hexvessel
- letra de john smith, az átlagpolgár (khiflee deep mix) - ügynökség
- letra de subsuelo - fer y julio
- letra de there's no monster - j.una (제이유나) (kor)
- letra de my wagon - pardoner
- letra de freshy - rios (pr)
- letra de 先生依存症 (teacher addiction) - たかやん (takayan)
- letra de me ame mais - marília mendonça
- letra de volver a ser - yeeng