letra de alo - tibu km
[bənd 1]
alo… darıxmışam dəhşət, yox idin həftələr
ürəyim sıxılır bu ara, alınan qərarı yazırdım dəftərə
təəssüf, bu qara gözünün yaşını başqa əllər silirsə
alınan deyil! sən ki, bunu məndən yaxşı bilirsən
alo… narahat etmirəm?
bilsəm, narahat etmərəm
istə, heç hara getmərəm
sənsiz belə nahara getmirəm
yox, yox, zarafat etmirəm
sən qorxduğun o hala getmirəm
mən səninlə payıza öldüm
ona görə qışa, bahara getmirəm
bu adi baxış deyil, bu gözlər mənim üçün ölürdülər
bu yağan yağış deyil, bu illərin dərdini tökürdülər
mənə bəd xəbərlərlə dönürdülər
səni başqalarla bir görürdülər
məni çaşdırırdı bu görüntülər
mən çox çəkirdim ki, ölüm yenə
bu xatirələr ölür yerə, mən 4 divarda tək özüm ilə
demə ki, hisslərin ölüb yenə
məni sevirsənsə, nə olar düzün denən
ağrılar yamandır gecə, düşündüm ki, zamanla keçər
unutmuram! zaman da keçir
məni almasan da vecə…
[nəqərat]
alo… mən qəm-qüssəli, hələ dərd üstəlik!
alo… yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
alo… səhv gözlədim… qəlbinə dəyirdi sərt sözlərim!
alo… hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
alo… mən qəm-qüssəli, hələ dərd üstəlik!
alo… yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
alo… səhv gözlədim… qəlbinə dəyirdi sərt sözlərim!
alo… hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
[bənd 2]
alo… eşidirəm səni, sən məni əsir edibsən
sən məni illərdir duymadan, uymadan necə məni təsvir edirsən?
sənin şək!llərində qadın ruhu məni əgər təslim edirsə
mənim deyilsən, amma sən mənə təsir edirsən
alo?! yığma, nə olar, qollar titrəyir, vururdu siyirməyə
sən sanki ömürlük məhbus, sona qədər mən gözləyə bilmərəm
illər necə tez keçir, sən üzüyümdəki kədər daşımsan
sən mənim ilk sevgim, sən sanki mənim 17 yaşımsan
alo?! sabah neynirsən? mütləq görüşək güc ilə dözürəm
mən özüm özümə yalvarıram ki, gəlim özümə
nəm qara gözümə gəlirsən, hər gün necə dözüm mən?
mənim ürəyim səndədir, sabah gələndə onu gətir özünlə
alo… uzundu yollar
hər tində gördüyüm döngədə səhv var
alo… dərk elə nə olar
bu nağılın sonunda neçə dərd var
alo… əsirdi qollar
dağıtdığım otaqda nə qədər rəf var
sənə aldığım boyunbağında da
sənin baş hərfini daşıyan hərf var!
[nəqərat]
alo… mən qəm-qüssəli, hələ dərd üstəlik!
alo… yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
alo… səhv gözlədim… qəlbinə dəyirdi sərt sözlərim!
alo… hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
alo… mən qəm-qüssəli, hələ dərd üstəlik!
alo… yazıram-pozuram, vərəqlər göylərə dərd göstərir!
alo… səhv gözlədim… qəlbinə dəyirdi sərt sözlərim!
alo… hər zərrəsinə belə qurban olduğum nəm gözləri!
letras aleatórias
- letra de corbeau - starz-production
- letra de yota baby (bonus track) - may wave$
- letra de mo foota - submarine man
- letra de хаос правит всем (chaos reigns) - dfysaga
- letra de can you tell - mallory adams
- letra de on my trip - arttheboy
- letra de unworthy - morgan james
- letra de had 2 - bobby raps
- letra de amigo - jiggo
- letra de $wag is back ($wag está de volta) - $wag hip-hop