letra de tanımıram - the eyl
[bənd 1]
buraxmışam geridə mən hər şeyi
gedirəm özümdən, hansı məqamdır
əgər özünü görmək istəsən
o gözlərindən pərdəni qaldır
yandım sənin eşqinə, bilmədin heç nəyi
sənə görə yerimdə qaldım
gedişin məni yıxanda durdum
sözlər deşdi bu qəlbimi, yardı
[nəqərat]
tanımıram mən artıq səni
düşünmədən belə sən məni bitirirsən
ürəyim olubdur oyuncaq, bezərsən
sonra sındırıb itirərsən
silahına mərmini doldur, vur
mənim ürəyimi, baxmadan gedərsən
arxada qalmasın gözün
mən ölsəm, yanıma sevgimi götürərəm
[bənd 2]
məni yandırdın düşünmədən
elə bilirsən ki, qara günün olmayacaq
bir dəfə düşəcən dərində, qalacan yerində
o da səni yandıracaq
yığdığın onca günahları düzəcən bir-bir
tərəzin dartmayacaq
elədiyin hər şeyin hesabını verəcən nə vaxtsa
bu, yanına qalmayacaq
[nəqərat]
tanımıram mən artıq səni
düşünmədən belə sən məni bitirirsən
ürəyim olubdur oyuncaq, bezərsən
sonra sındırıb itirirsən
silahına mərmini doldur, vur
mənim ürəyimi, baxmadan gedərsən
arxada qalmasın gözün
mən ölsəm, yalnız sevgimi götürərəm
letras aleatórias
- letra de tgif (dong woo solo) - infinite
- letra de la réalité n'est pas un rêve - vortek's
- letra de maruta (마루타) - sad legend (세드레전드)
- letra de likes that - geko
- letra de solo si es contigo - alfred garcía feat. aitana ocaña & ana guerra
- letra de kings and queens - b.the great
- letra de bunt un laut - sösterhätz
- letra de 비밀정원 secret garden - 오마이걸
- letra de la cosecha de mujeres - cuarto de milla
- letra de 脫胎換骨 - alan tam feat. mayday