letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de dağlar a dağlar - talıb tale

Loading...

[bənd 1]

bahar fəsli, yaz ayları gələndə
süsənli, sünbüllü, lalalı dağlar
yoxsulu, ərbabı, şahı, gədanı
tutmaz bir-birindən aralı dağlar
alalı dağlar a dağlar

[bənd 2]

xəstə üçün təpəsində qar olur
hər cür çiçək açır, laləzar olur
çeşməsindən abi-həyat car olur
dağıdır möhnəti, məlalı dağlar
alalı dağlar dağlar a dağlar

[bənd 3]

ağ xələt bürünər, zərnişan geyməz
heç kəsi dindirib keyfinə dəyməz
sərdara söz deməz, şaha baş əyməz
qüdrətdən səngərli, qalalı dağlar
dağlar a dağlar dağlar ey dağlar

[bənd 4]
köçər ellər, düşər səndən aralı
firqətindən gül-nərgizin saralı
ələsgər məcnuntək yardan yaralı
gəzər səndə dərdli, nalalı, dağlar!
dağlar a dağlar dağlar a dağlar

letras aleatórias

MAIS ACESSADOS

Loading...