letra de şəhid anası - tacir şahmalıoğlu
[bənd 1]
bir oğul böyütdün üstündə əsə-əsə
laylay dedin gecələr ömründən kəsə-kəsə
vətən əsgər çağırdı, tale, qismət bu isə
öpüb alnımdan dedi: ‘’get, ay evimin qalası’’
[keçid]
məktubu aldım o gün sevinib gülə-gülə
oxudum qara xəbəri onu sağ bilə-bilə
öpərək rəsmlərin gözdə yaş gilə-gilə
bildirmədən heç kəsə tutdu qəlbində yasın
tutdu qəlbində yasın…
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
xalq qərənfillə bəzər onun məzar daşını
onun məzar daşını…
[bənd 2]
‘’oğul, oğul’’ deyərək bu dərdə dözə-dözə
bu xəyallar içində o gəzir üzə-üzə
toyunda oynamadın sən onun süzə-süzə
qəbri üstündə, aşıq, çal ayrılıq havasın
[keçid]
torpaq oğul istədi, sən verdin, ay ana
ağlamazlar şəhidi, ağlama yana-yana
indi mübariz adı çevrilibdir dastana
üçrəngli bayrağımız onun bəylik libası
üçrəngli bayrağımız onun bəylik libası
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
qalx, qərənfillə bəzə onun məzar daşını
onun məzar daşını…
[çıxış]
milli qəhrəman deyir bütün el sənə
bu ad fəxr gətirdi, ay oğul, mənə
əsgərlər də and içib, söyləyib dönə-dönə
biz ilhamla alarıq düşməndən qan qisasını
biz ilhamla alarıq düşməndən qan qisasını
letras aleatórias
- letra de razzle-dazzle - ella mae morse
- letra de i dreamed a dream [dvd][*] by hayley westenra - hayley westenra
- letra de mighty dracula - catchphraseangel
- letra de shenron - carlito sf
- letra de back then - b story
- letra de the maze runner - soulpete
- letra de superstition - garth brooks
- letra de lost (jordy lishious remix) - lasgo
- letra de sing a little baby to sleep (ode to eddie) - tom t. hall
- letra de утро (utro) - наум блик (naum bleek)