letra de ölüm haqdır - tacir şahmalıoğlu
[nəqərat]
günlərin bir günü dünya verəcək bada məni

görən də olmayacaq bir də bu dünyada məni

[bənd 1]
mən ölərsəm, eşidib xəbərimi düşmən güləcək
görəsən, dərdə batan yazıq anam neyləyəcək?
nə yarım axtaracaq, – “haradasan, tacir?”, – deyəcək
nə də can söylədiklərim salacaq yada məni
eybi yox, qoy mən ölüm, siz qalasız sağ, dostlar
dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar
həmi yaltaq, həmi satqın, həmi yaltaq dostlar
gördülər, sadəyəm, etdilər istifadə məni
[nəqərat]
günlərin bir günü dünya verəcək bada məni
günlərin bir günü dünya verəcək bada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
[bənd 2]
ilahi, sən məni nadanlara bənzətməmisən
üzü insan, içi şeytanlara bənzətməmisən
təkəbbür əhli o insanlara bənzətməmisən
sənə şükür eyləyirəm, yaratmısan sadə məni
[nəqərat]
günlərin bir günü dünya verəcək bada məni
günlərin bir günü dünya verəcək bada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
[bənd 3]
sevgi dağ çəkdi mənim qəlbimə, qəlbim dağdır
bu dağın başına vaxtsız nə qədər qar yağdı
nə qədər öldü, dirildi, hələ qəlbim sağdır
içimdə bir dənə səs var, çağırır dadə məni
[nəqərat]
günlərin bir günü dünya verəcək bada məni
günlərin bir günü dünya verəcək bada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
[keçid]
qəlbimin qapısı açıq, çoxdur gəlib-gedənlərim
məni bədbəxt elədi “bəxtəvərdir” deyənlərim
yoxluğumdan sıxılıb darıxsalar sevənlərim
yad edərlər bu nəqəratdakı misrada məni
[nəqərat]
günlərin bir günü dünya verəcək bada məni
günlərin bir günü dünya verəcək bada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
görən də olmayacaq bir də bu dünyada məni
letras aleatórias
- letra de walgreens (prod. patrick carson) - kid kødiak
- letra de babe (taylor's version) [from the vault] - taylor swift
- letra de token of love - nastyk
- letra de boring - koi
- letra de birthday song - the kid icon
- letra de blindspot (outwild remix) - nurko & devon baldwin
- letra de j'reste bloqué - santy
- letra de among other - kid kyo
- letra de all my days - rod stewart
- letra de 中华小当家 interlude - higher brothers