letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de neyləmisən - tacir şahmalıoğlu

Loading...

[giriş]
gecələr göylərə baxıram hərdən
ay dərdi çox olan kəsə bənzəyir
gecələr göylərə baxıram hərdən
ay dərdi çox olan kəsə bənzəyir
ulduzlar seçilmir külli bəşərdən
ayınsa ulduzları qədərdir dərdi, qədərdir dərdi

elə bil ay mənəm
elə bil ay mənəm, tənha bir kəsəm
o qədər çoxdur ki giley-güzarım
mən kimdən inciyəm, mən kimdən küsəm?
mən kimdən inciyəm, kimdən küsəm?
gərək, bu dərd ilə özüm bacarım

xəyanət insanı yandırır, amma
xəyanət insanı yandırır, amma
mən bunu bilmədən sevmişəm səni
dönmək istəyirsən, dön gəl, utanma
dönmək istəyirsən, ay gülüm, dön gəl, utanma
ayrılıq, ayrılıq ondan pis yandırır məni
ey… aman, aman… aman, aman… əzizim…

[bənd 1]
sənə çox can dedim, ey can, can olub neyləmisən?
demə canan özünə, canan olub neyləmisən?
getmisən, daima biganəni yad eyləmisən
getmisən, daima biganəni yad eyləmisən
həsrətindən ürəyim al-qan olub, neyləmisən?
həsrətindən ürəyim al-qan olub, neyləmisən?
[bənd 2]
demə, imkanım olanda səni yad eyləyərəm
o qədər fürsət olub, imkan olub, neyləmisən?
dərmanım olsa da səndə, ölərəm, istəmərəm
səndə hər dərdimə hər dərman olub, ey, neyləmisən?
baba, biz insanıq, insan ilə insanlıq edək
deməsinlər bizə qoy, insan olub neyləmisən?

[çıxış]
baba, biz insanıq, insan ilə insanlıq edək
deməsinlər bizə qoy, insan olub neyləmisən?
baba, biz insanıq, insan ilə insanlıq edək
deməsinlər bizə qoy, insan olub neyləmisən?

letras aleatórias

MAIS ACESSADOS

Loading...