letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de self - t-tan

Loading...

repeat
bu iş mənə başa gəlir çox baha
deyil vecimə mənim edirəm yola davam
anladım ki, rap siz olmur bir daha
raplə yatacağam məzarımda mən rahat

verse 1
bizim uşaqlar fərqlidi görməmisiz beləsin
t-tanın təsəvvür belə edəmmərsiz çevrəsin
sürətimi texnikama qatıb addım atdım bir də
gördüm hamı soruşur ki, t-tan hara tələsir

aaaa! bəyənmirsən de niyə
kim deyə bilər axı mənə mən zamandan geriyəm
oxumuram, kitab ya dərs deyil mənim vecimə
diplomumu alıb verəcəm atama hədiyyə

yazaram mən yetərincə ürəyim çox doludu
sevgi hissini unutdum mən məni yaman yorurdu
bunu yazıb qoyuram, köhnə sevgilim dinləsin
və anlasın ki mənə onun özü mane olurdu

gəzirəm və yaşayıram bu həyatı çox asan
istəyirəm versemdəki mənaları sən sayasan
playlistə əlavə et bu parçanı gizlicə
bu gün tulla storynə sabah posta qoyarsan
repeat
bu iş mənə başa gəlir çox baha
deyil vecimə mənim edirəm yola davam
anladım ki, rap siz olmur bir daha
raplə yatacağam məzarımda mən rahat

verse 2
özüm çox mükəmmələm, özümə qarşı paxılam
təsəvvür edə bilməyəcəyin adamlarla yaxınam
içib, çəkirəm gecələr verir mənə həzzi
bu həzzin şotuna gündüzlər ulduzlara baxıram

hələ çoxusu mənə həsrətlə baxacaq
unutduğu keçmişini gəlib yada salacaq
t-tan səhnə qapılarını qıraraq açacaq
və həmin səhnədən başıma dollarlar yağacaq

razıyam qəribədir mənim həyat tərzim
və beynimdəki düşüncəni tutmaqdır ən qəlizi
bilrəm qorxudur sizləri bu işə gəlişim
mən deyiləm tanrı, ama tanrının müqəddəs əl işi

axtarıram bəlamı, tapmıram həmin adamı
əlbət vardır planım, klanıma o paylanır
yaşayıram hər anı, düşünmürəm heç davamın
təəccüblənmə bunlardan tanımırsan t-tanı

letras aleatórias

MAIS ACESSADOS

Loading...