letra de məhəbbət - şövkət ələkbərova
[bənd 1]
o, bu boyda bir cahanı yaradıb, yaradıb
yeri, göyü, asimanı yaradıb, yaradıb
o, bu boyda bir cahanı yaradıb, yaradıb
yeri, göyü, asimanı yaradıb, yaradıb
insan onu, o, insanı yaradıb, yaradıb
bu həyatın əlifbası məhəbbət, məhəbbət
ən ilk nəğmə, ən ilk yazı məhəbbət
məhəbbət, ah, məhəbbət
insan onu, o, insanı yaradıb, yaradıb
bu həyatın əlifbası məhəbbət, məhəbbət
ən ilk nəğmə, ən ilk yazı məhəbbət
məhəbbət, ah, məhəbbət
[bənd 2]
hər ömürdə bir ulduza dönər o, dönər o
gah şimşəktək birdən çaxıb sönər o, sönər o
hər ömürdə bir ulduza dönər o, dönər o
gah şimşəktək birdən çaxıb sönər o, sönər o
gizli gələr, fəqət aşkar dinər o, dinər o
canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
həm var olan, həm yox olan məhəbbət
məhəbbət, ah, məhəbbət
gizli gələr, fəqət aşkar dinər o, dinər o
canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
həm var olan, həm yox olan məhəbbət
məhəbbət, ah, məhəbbət
[bənd 3]
o dəryadır kükrəyəndə, daşanda, daşanda
o gövhərdir üzüklərin qaşında, qaşında
o dəryadır kükrəyəndə, daşanda, daşanda
o gövhərdir üzüklərin qaşında, qaşında
o sevdadır, hey dolanır başımda, başımda
gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
həm həqiqət, həm əfsanə məhəbbət
məhəbbət, ah, məhəbbət
o sevdadır, hey dolanır başımda, başımda
gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
həm həqiqət, həm əfsanə məhəbbət
məhəbbət, ah məhəbbət
həm həqiqət, həm əfsanə məhəbbət
məhəbbət, ah, məhəbbət
həm həqiqət, həm əfsanə məhəbbət
məhəbbət, ah, məhəbbət
letras aleatórias
- letra de hombros descompuestos - cecimonster vs donka
- letra de ain't gone be long - geech
- letra de stupid - youngin’ chriso
- letra de el santo del amor - campeche show
- letra de jagd / flucht - ali as
- letra de flawed - texas hippie coalition
- letra de call me before you sleep (japanese ver.) - jessica
- letra de dans - marie key
- letra de why take the pain - hellbound glory
- letra de confessions - jaye a.s.