letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gəldi xoş bahar - şövkət ələkbərova

Loading...

[bənd 1]
gəldi xoş bahar, çiçəklər oyandı
açdı qızılgül, yolumda dayandı
durdun yolumda, sən aldın fikrimi
o qızılgül kimi, o qızılgül kimi

yandı üfüqlər, ürəyim alışdı
sevimli gözündən güllər danışdı

[bənd 2]
gəldi qaranquş qoşulub küləyə
gəldi nəğməsi bülbülə köməyə
yağdı nəğmələr yarpaqlar üstünə
ilk bahar üstünə, ilk bahar üstünə
yandı üfüqlər, ürəyim alışdı
sevimli gözündən güllər danışdı

[bənd 3]
baxdın, baxışın laləni bəzədi
güldün, gülüşün güllərə bənzədi
gəldin, gəlişin gətirdi baharı
bəzədi yolları, bəzədi yolları

yandı üfüqlər, ürəyim alışdı
sevimli gözündən güllər danışdı
gəldi xoş bahar…