letra de oğru - saybu swag
[bənd 1: saybu swag]
həyat acıdır, demə, boş şey
bu acının içində səni sevmək var
sən güləndə keyfim açılır
bu keyfə acıdan geri dönmək var
hər şey bir-birinə bağlı
hisslər incidir ağlı
xəyallar elə bir dağdır
mum kimi susduqca
qum kimi dağılır
səndən bir müddət ayrı qalmaq
istəmirəm, inan, heç vaxt
çəkmə sinəmə sina dağ
sevməkdir insana inanmaq
səndən bir müddət ayrı qalmaq belə
dərdlər oldu nargilə
çox çəkdim sənsiz çilə
döndərmə qəlbi qatilə
[nəqərat: kazım can]
oğruyam
gəlmişəm bu dünyadan səni oğurlayam
gəlmişəm ki, səhvləri bir-bir doğrayam
çəkə-çəkə o göz yaşları sorğuya
düşmə qorxuya
çünki doğruyam
gəlmişəm bu dünyadan səni oğurlayam
gəlmişəm ki, səhvləri bir-bir doğrayam
çəkə-çəkə o göz yaşları sorğuya
qorxma, yanındayam
[bənd 2: ogb]
var olmaqdan qorxmusanmı heç?
yox olmaqdan qorxduğun kimi
qarışdı suyla yoxluğun kimi
yoğurdun yoxluğu, yoxluq un kimi
özünü yorma məni yorduğun kimi
olan olub, sən də ol olduğun kimi
olduğu kimi heç bir mahnı oxumadım
gözlərindən ayrılığı oxuduğum kimi
dünyam ol, röyalardan oyanaq, gerçək ol
xülyalardan ayılaq təkcə yol
söz dünyadırsa, şeir yazmaq şair olmaqdırsa, məncə, yox
səmalarım vadi
səbalarım badi
gələr qeyri-adi
bu ürək sevmək üçün hər şeyə qadir
yaradılanı sev yaradana xatir
[nəqərat: kazım can]
oğruyam
gəlmişəm bu dünyadan səni oğurlayam
gəlmişəm ki, səhvləri bir-bir doğrayam
çəkə-çəkə o göz yaşları sorğuya
düşmə qorxuya
çünki doğruyam
gəlmişəm bu dünyadan səni oğurlayam
gəlmişəm ki, səhvləri bir-bir doğrayam
çəkə-çəkə o göz yaşları sorğuya
qorxma, yanındayam
letras aleatórias
- letra de trapflow - yvng dyxrd
- letra de could've been a star - suki waterhouse
- letra de catch him - landin carr, lil rei
- letra de throne to the wolves (acoustic) - our hollow, our home
- letra de masked away - dheusta
- letra de jesus wept - legacy five
- letra de en tu basura - los reyes del camino
- letra de murdertown - dj clamor
- letra de moon mirror - nada surf
- letra de trinity - stryper