letra de səni tapdım - samira allahverdiyeva
[bənd 1]
yenə gördüm mən səni yuxuda
mən oyandım, mən doymadım
bu görüşü saxladım yadımda
həmişəlik yer ayırdım ona mən ürəyimdə
mən qəfəsdə heç qalmaram, canım
qoy ürəyim azad olsun
mən hər yerdə axtararam səni
göy səmada və dənizdə bizim gəmimiz olsun
[nəqərat]
xəyalım mənim, həyatım mənim
mən bu dünyanı başdan-başa gəzdim
inamsız qaldım, ümidsiz qaldım
amma mən səni tapdım
[bənd 2]
bu gün gördüm səni ayıqlıqda
nəfəs dərdim, ‘’şükür’’ dedim
bu görüşü mən duydum könlümdə
qabaqcadan, əvvəlcədən onu gördüm yuxuda
mən heç zaman ayrılmaram səndən
qoy ürəyin fərəhlənsin
hər bir sevən qoy məndən öyrənsin
həm özümə, həm inama, həm də mənim sevgimə
[nəqərat]
xəyalım mənim, həyatım mənim
mən bu dünyanı başdan-başa gəzdim
inamsız qaldım, ümidsiz qaldım
amma mən səni tapdım…
xəyalım mənim, həyatım mənim
mən bu dünyanı başdan-başa gəzdim
inamsız qaldım, ümidsiz qaldım
amma mən səni tapdım
xəyalım mənim, həyatım mənim
mən bu dünyanı başdan-başa gəzdim
inamsız qaldım, ümidsiz qaldım
amma mən səni tapdım
letras aleatórias
- letra de praznična pesma - rebel star
- letra de dinosauri - tamè (italy)
- letra de morning - lil pink (ukr)
- letra de emek ha'levai - עמק הלוואי - hamatzmed - המצמד
- letra de mektup - flowend
- letra de psycho - dakn x madda
- letra de cloudiest-bakongo - cloudiest
- letra de igraš grubo - atheist rap
- letra de фарами (headlights) - диман брюханов (diman brukhanov)
- letra de chema mugre - los shadows