letra de güzgüdə bir kəs (akustik) - şahin əlizadə
[bənd 1: badclause]
yenə də eyni cümlələr, yenə də eyni cürünə mən
yazıb doldururam özümçün sonluğu düşünmədən
ciyərlərim tüstü dolub, yenə tütün bütün bədən
gərək ki, çökməsin dizim qocalıb bel bükülmədən
mən yarı dostlarımla birgə, yarı kimsəsiz
sadəcə danışmaq istəyirəm bir az, hamı dinləsin
məni hər bir şeydən soyutdu intizarı bir kəsin
artıq heç bir şey ifadə eləmir o alqışın səsi
gərəksiz böyük səhnələr, bu qədər mahnı
gərəksizdir xoşbəxtlik, hansı ki, dərmanı dərd yazmaqdır
bəlkə yaxşı olaram, amma əvvəlkitək gülmərəm əsla
ya mən yanlış tablodayam, ya içkilidir rəssam
nədən yazım, nəyi izah etməyə çalışım?
itirdim hər şeyimi, itirdim içi sən qarışıq
sətirlərimin hər qarışı bezib artıq mürəkkəbimdən
təbiət küsüb səndən, ətrini daha külək gətirməz
[nəqərat: şahin əlizadə]
hər dəfə deyirsən, gələcəm
köhnə günlərin xatirinə
gəl ən azından son dəfə
əllərim toxunsun əlinə
bağışla, hər dəfə yazıram
qovuşmaq asandır, unutmaq çətin
əgər ki qayıtsan bir gecə
yağışı götür, günəşi gətir
[bənd 2: badclause]
ruhlar bir bədəndə, ayrı evdə eyni otaqda
keçən günlərimiz keçmiş indi, bu günsə tənha
bircə sual var ki, sevgi, yoxsa qəlbimi saxta?
ölsə də qəlbdə sevgi, ümidvaram, şərəfini satmaz
içimdən bir səs gəldi ki, çox səhv etmisən, axmaq
hər şey maraqlı ikən arzum idi yetmişə çatmaq
indi kədərliyik, danışıb ancaq keçmiş həyatdan
güzgüdə bir kəs var, məndən öncə bezmiş həyatdan
son dəfə nə vaxt ürəkdən güldüyüm belə yadıma gəlmir heç
o qədər uzağam yəni xoşbəxtlik anlayışından
həm də səndən uzaq, nə isə, məni boş ver, amma
tapdığın hər şamı əritmə, gün gələr ki, yanmaz işıqlar
içində qərq olarsan həmin zülmətin
dönüşüm mümkün olsa, məhv edərəm qəmli günləri
təki bircə dəfə istə, öldürərəm sənçün məni
nə olsun ki, həyat nöqtələrə çeviribdir vergülləri?
[nəqərat: şahin əlizadə]
hər dəfə deyirsən, gələcəm
köhnə günlərin xatirinə
gəl ən azından son dəfə
əllərim toxunsun əlinə
bağışla, hər dəfə yazıram
qovuşmaq asandır, unutmaq çətin
əgər ki qayıtsan bir gecə
yağışı götür, günəşi gətir
letras aleatórias
- letra de horizon (sun still shines) - in focus worship
- letra de distress - distracted
- letra de arco - thømas
- letra de forget about me - john
- letra de ballad 5 - tess roby
- letra de girls hate girls - kirsten arian
- letra de pete davidson - ariana grande
- letra de streets not safe - p-mack
- letra de wherever you are - here be lions
- letra de vierhoog in de wolken - johan verminnen