letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de popurri: məşədi ibadın mahnısı, haralısan, dolanaram başına - safa eldar

Loading...

[bənd 1]
mən nə qədər, nə qədər qoca olsam da
dəyərəm min cavana
çörəyi yemərəm mən yavana
yaxşı demərəm mən yamana
qurban edərəm mən canana
malımı, pulumu, canımı mən

[nəqərat]
gəl, xanım, gəl yanıma
gəl, canım, gəl yanıma
gəl, mən ölüm, mən ölüm, mən ölüm
gəl, mən ölüm, mən ölüm, mən ölüm, gəl

[bənd 2]
ay quzum, gəl yanıma
canımı verərəm mən yoluna
qurban edərəm mən canana
malımı, pulumu, canımı mən

[bənd 3]
mən nə qədər, nə qədər qoca olsam da
dəyərəm min cavana
çörəyi yemərəm mən yavana
yaxşı demərəm mən yamana
qurban edərəm mən canana
malımı, pulumu, canımı mən
[nəqərat]
gəl, xanım, gəl yanıma
gəl, canım, gəl yanıma
gəl, mən ölüm, mən ölüm, mən ölüm
gəl, mən ölüm, mən ölüm, mən ölüm, gəl

[bənd 4]
ay quzum, gəl yanıma
canımı verərəm mən yoluna
qurban edərəm mən canana
malımı, pulumu, canımı mən

[bənd 5]
a gözəl, haralısan, yar, haralısan?
qaşları qaralısan, yar, haralısan?
a gözəl, haralısan, yar, haralısan?
qaşları qaralısan, yar, haralısan?

[nəqərat]
gözlərindən tanıram, sən bakının maralısan
bakının maralısan, yar, haralısan?
gözlərindən tanıram, sən bakının maralısan
bakının maralısan, yar, haralısan?

[bənd 6]
su gələr, arxa nə var? dolanar, çarxa nə var?
səni mən, yar, sevirəm, yar, səni mən sevirəm
bilmirəm xalxa nə var, yar, haralısan?
su gələr, arxa nə var? dolanar, çarxa nə var?
səni mən, yar, sevirəm, yar, səni mən sevirəm
bilmirəm xalxa nə var, yar, haralısan?

başında ağ şalı var, yanağında xalı var
özü ceyran balası, yar, haralısan?

[nəqərat]
gözlərindən tanıram, sən bakının maralısan
bakının maralısan, yar, haralısan?
gözlərindən tanıram, sən bakının maralısan
bakının maralısan, yar, haralısan?

[bənd 7]
maral qaçar dağ üstə
bülbül uçar bağ üstə
maral qaçar dağ üstə
bülbül uçar bağ üstə

niyə məndən küsürsən?
dağ çəkirsən dağ üstə
niyə məndən küsürsən?
dağ çəkirsən dağ üstə

getmə, getmə, maralım
nə ki, dərdin var alım
gözünə düz baxmasam
gözlərimdən saralım
[nəqərat]
sev ki, sevən mərd olar
sevməyən namərd olar
sev ki, sevən mərd olar
sevməyən namərd olar

sevərsən, ayrılarsan
bax, bu yaman dərd olar
sevərsən, ayrılarsan
bax, bu yaman dərd olar

sevgilini sınama
sınayırsan, qınama
dolanaram başına
gəlin olsan anama

sevgilini sınama
sınayırsan, qınama
dolanaram başına
gəlin olsan anama

[bənd 8]
sənə könül bağladım
çaylar kimi çağladım
sənə könül bağladım
çaylar kimi çağladım

mən səni bir duyğutək
ürəyimdə saxladım
mən səni bir duyğutək
ürəyimdə saxladım

qoşa xalın zil qara
kipriyində mil qara
inanmasan eşqimə
and içərəm ilqara

sözün mənə dərd olar
rəqibə rişxənd olar
sözün mənə dərd olar
rəqibə rişxənd olar

bülbül də gül bağında
bircə gülə bənd olar
bülbül də gül bağında
bircə gülə bənd olar

[çıxış]
sevgilini sınama
sınayırsan, qınama
dolanaram başına
özgə sözə inanma

sevgilini sınama
sınayırsan, qınama
dolanaram başına
özgə sözə inanma

letras aleatórias

MAIS ACESSADOS

Loading...