letra de qızım - səyyad əlizadə
[bənd 1]
bəzək aramadın, özün bəzəksən
bir gəncin sevgisi hilaldır sənə
bir ailə istisi, həniri sənsən
odum da, istim də qalandı sənə
bir ailə istisi, həniri sənsən
odum da, istim də qalandı sənə
[keçid]
mənim şirin balam
şipşirin qızın
tələs öz evinə
get yavaş-yavaş
[nəqərat]
sənintək işığı, alovu olan
birisi evimi isidə idi kaş
sənintək işığı, alovu olan
birisi evimi isidə idi kaş
qızım, qızım
ay gözəl qızım
canım, qızım
mehriban qızım
[bənd 2]
evim öz evindir, yuvan deyildir
ürəyin bizimlə, üzün qapıda
bizdəki hava da havan deyildir
arxanca gələrlər, gözün qapıda
bizdəki hava da havan deyildir
arxanca gələrlər, gözün qapıda
[keçid]
gələr gözlədiyin
qınamıram mən
gələr evinizə
dönərsiz, gülüm
[nəqərat]
bütün balaları ata evindən
daim yuvasına tələsən görüm
bütün balaları ata evindən
daim yuvasına tələsən görüm
qızım, canım
ay gözəl qızım
balam, qızım
ay gözəl qızım
qızım, qızım
ay gözəl qızım
qızım, balam
mehriban qızım
letras aleatórias
- letra de сибирским (siberian) - otto dix
- letra de wasted in daaa clubbbbb - wuu
- letra de consecrate - isabelle thom
- letra de ignazio - aleclasher
- letra de all for me (demo) - nate allan
- letra de end - class president (band)
- letra de cryo - goddess fiji
- letra de kawaii world - liplove1
- letra de vet in this bih - janu4ryss
- letra de fly - ostar official