
letra de bilmirəm - rüfət axundov
[bənd 1]
sənsiz otağıma bir sükut çökür
şam da yanıb-yanıb sonunda sönür
yarpaqlar saralır, xəzana düşür
hər dərd bir-birindən ayrılıb gedir
ayrılmaz nədən, bilmirəm
ayrılmaz nədən, bilmirəm
[keçid]
sözlərim quruyub, yaza bilmirəm
yazdığım yazını poza bilmirəm
hər dəfə ömrümdən bir gün ayrılır
ayrılmaz həsrətin nədən, bilmirəm
bilmirəm, nədən, bilmirəm
[nəqərat]
dəli olub düşmüşəm yollara
bilmirəm mən, gedim hara
gözümdən yaş axa-axa
həsrətinlə hələ yaşa
gəl, gəl, gülüm, gəl mənə
baxım yenə o gözlərə
nəfəsinlə, öpüşünlə
dönüm yenə o günlərə
[keçid]
sözlərim quruyub, yaza bilmirəm
yazdığım yazını poza bilmirəm
hər dəfə ömrümdən bir gün ayrılır
ayrılmaz həsrətin nədən, bilmirəm
bilmirəm, nədən, bilmirəm
[nəqərat]
dəli olub düşmüşəm yollara
bilmirəm mən, gedim hara
gözümdən yaş axa-axa
həsrətinlə hələ yaşa
gəl, gəl, gülüm, gəl mənə
baxım yenə o gözlərə
nəfəsinlə, öpüşünlə
dönüm yenə o günlərə
[çıxış]
dəli olub düşmüşəm yollara
bilmirəm mən, gedim hara
gözümdən yaş axa-axa
həsrətinlə hələ yaşa
letras aleatórias
- letra de disszidálok - 30y
- letra de 248 - 1.kvon
- letra de sad party - ava lily
- letra de белое говно (white shit) - три дня говна (tri dnya govna)
- letra de lowkey - ak
- letra de government name - alex young (3)
- letra de i've deconverted! please like and subscribe - showbread
- letra de hablando en serio - la arrolladora banda el limon
- letra de miss me - grill z
- letra de hamlet - shalou