letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sükut - royal babayev

Loading...

[bənd 1] [royal babayev]
səssizliyin küyündən gəlirdi qışqırıqlar
“inanmayın! inanmayın, bəstəkar şahidlərə!
bu qədər şayiə bəsdir! bu qədər bəstə bəsdir!
yazığınız gəlmirmi (hə?!) can verən sətirlərə?!”

əzilib ayaqlar altında insanlıq kitabı
lazım deyil mənə sənin müqəddəs kitabın
əllərim əsir artıq, beynimə dəyir güllə
bəstəkarın vecinə deyil bunca solmuş güllər

dekret qəbul olundu, dionisi çağırın gəlsin
süzsün öz şərabın, içsin qeyd eləsin
düzsün badələri, vursun başdan-başa
bəstəkarın sevincini onunla birgə qeyd eləsin

süzüldü cənnətin yaşı insan olmayanda
cəhənnəmin alovları onları yandıranda
son vidası ilə sağollaşdı əzrayıl da
dünyanın sonu gəldi, son notlar vurulanda…

[bənd 2] [mortiferum]
boyundan hər asılan medal aşağı əyir başı
nifrət qapısına çırpıb dağıdır adam əyin-başın
üzümə baxan simaları dəyişmədən sərt görürəm
hər dəfə yeni dərd görürəm, ya da ki, hədəf görürəm

soyuqdan buza dönmək, ağrını canda hiss etmək
burada müəllim olunca, çində pandaya xidmət
axtar məni əgər görsən ki, həyat çox sıxır
adamlar bir neçə bir ola bilər, mənsə çox sıfır

sətri anlamadan zənbilə soxsan, mənə nə?!
necə ki, edər davam yanlış sanılan hər ənənə
əlini tutmuşdum ölü yox diri kimi yaşamaq üçün
artıq yaddaşıma sancsan xəncər, mənə nə?!

düzdür, p-x iyini keçə bilməz ənbər qoxusu
asperger sayılar, kim tuta peyğəmbər yuxusu
bəstəkar öz notlarını salıb ələ güldürəcək
necə hər doğulan bazar ertəsi guya keçmişi siləcək

letras aleatórias

MAIS ACESSADOS

Loading...