
letra de yollar - röya
[bənd 1]
nə gələn var, nə gedən var
yalqızdır yollar sənsiz
yollar sənsiz, necə ağlar sənsiz
göy üzündə ülvi hisslər sevgi istər
əllər sənsiz, qollar sənsiz
necə, ey yar, sənsiz
[keçid]
kölgə görüb boylanıram
sənsən o kölgə, sanıram
sən deməsən, deyəsən, aldanıram
kölgə demə, bəlkə mənəm
gördüyün o kölgə mənəm
ürəyin səsini dinlə, mənəm
[nəqərat]
yollar darıxır bizlər üçün
gözlər darıxır gözlər üçün
gözlər bizə qoyan hisslər
yenə bizi gözlər
yenə qovuşar bizə yol
qalsın həsrət o illərdə
olsun, yaşasın o dillərdə
olsun, nəğməmiz olsun
sevgimiz olsun, sən də de
olsun, olsun, yar
[bənd 2]
gələr olsam, son ümidi yollara
bağlarsanmı, bağlarsanmı
de görüm, sən mənsiz?
desələr ki, getmişəm mən, itmişəm mən
ağlarsanmı, ağlarsanmı
de görüm, sən mənsiz?
[keçid]
həsrətimə döz, gələrəm
sənə verirəm söz, gələrəm
qəm yemə sən, əzizim, tez gələrəm
könlümə mən: “döz”, – deyirəm
hər gecə mən izləyirəm
gəl, gözümün nuru, gəl, gözləyirəm
[nəqərat]
yollar darıxır bizlər üçün
gözlər darıxır gözlər üçün
gözlər bizə qoyan hisslər
yenə bizi gözlər
yenə qovuşar bizə yol
qalsın həsrət o illərdə
olsun, yaşasın o dillərdə
olsun, nəğməmiz olsun
sevgimiz olsun, sən də de
olsun, olsun
yollar darıxır bizlər üçün
gözlər darıxır gözlər üçün
gözlər bizə qoyan hisslər
yenə bizə gözlər
yenə qovuşar bizə yol
qalsın həsrət o illərdə
olsun, yaşasın o dillərdə
olsun, nəğməmiz olsun
sevgimiz olsun, sən də de
olsun, olsun, yar
letras aleatórias
- letra de boulevard of broken dreams (110th grey cup version) - green day
- letra de crashing through - friko
- letra de loser - tragic me
- letra de te dua (jersey mix) - dorian (deu)
- letra de once you're done - niv0512
- letra de a day in the life (second take) - jamie lenman
- letra de rdc - myke towers
- letra de en veille 1 - la cagoule
- letra de lord it hurts (but you're still god) - the ruppes
- letra de male manipulator music - marc with a c