
letra de kül olsun hisslər - hekayənin sonu - röya
[bənd 1]
mənim üçün bu dözülməz
belə davam edə bilməz
yolumuzu ayırır döngələr
nəticələr çox uğursuz
bu dəfə heç nə demə, sus
nəyə gərək faydasız kəlmələr?
[keçid]
izsiz tənhalıqdan çağlayır dəniz
dalğalar siləcək bizi bizsiz
[nəqərat]
keçmiş zaman olacam, duman olacam
özüm odu buraxıb yanan olacam
kül olsun, bitsin hisslər
sənsiz talan olacam, viran olacam
kədərə yan alacam, inan, öləcəm
silinsin, itsin hisslər
[bənd 2]
yuxuda gördüm bir anlıq
ev sükut, boz-qaranlıq
bir-birin axtarır kölgələr
bu yuxunun var yozması
ola bilərmi, olmasın?
bəlkə də, anlarıq, gün gələr
[keçid]
izsiz tənhalıqdan çağlayır dəniz
dalğalar siləcək bizi bizsiz
[nəqərat]
keçmiş zaman olacam, duman olacam
özüm odu buraxıb yanan olacam
kül olsun, bitsin hisslər
sənsiz talan olacam, viran olacam
kədərə yan alacam, inan, öləcəm
silinsin, itsin hisslər
[çıxış]
sənsiz talan olacam, viran olacam
keçmiş zaman olacam, duman olacam
letras aleatórias
- letra de this is life - jami faltin
- letra de another life - parlinks
- letra de matty’s mattresses: weatherproof - travie mccoy
- letra de versaci - money boy
- letra de ellie nash - cinema stare
- letra de watches out of diamonds - maya de vitry
- letra de stupid dog - madeline the person
- letra de promised land - adam agee
- letra de big man (early version) - childcare
- letra de 3's a crowd - marina & the kats