
letra de ağlama (akustik) - röya
[bənd 1]
qəfil yağan yağıştək
birdən məni haqladın
həyatıma günəştək
birdən dolub parladın
sənsiz həyat, biləsən
acı kamandır dinən
dərd çəkməyi, deyəsən
səndən öyrəndi sinəm
[nəqərat]
məndən ötrü, sevgilim
sızıldayıb ağlama
çaya dönüb çağlama
dərdlə sinəm dağlama
məndən ötrü ağlama
qoy ağlasın yağışlar
yaddan çıxmaz baxışlar
ömrümə nur bağışlar
[bənd 2]
ayrılanda ümidim
izsiz sorağa döndü
gözlərimdən göz yaşım
ürəyimə süzüldü
doldum göylər dolunca
dözdüm güllər solunca
baxdım sənin dalınca
gedən yollar boyunca
[nəqərat]
məndən ötrü, sevgilim
sızıldayıb ağlama
çaya dönüb çağlama
dərdlə sinəm dağlama
məndən ötrü ağlama
qoy ağlasın yağışlar
yaddan çıxmaz baxışlar
ömrümə nur bağışlar
məndən ötrü, sevgilim
sızıldayıb ağlama
çaya dönüb çağlama
dərdlə sinəm dağlama
məndən ötrü ağlama
qoy ağlasın yağışlar
yaddan çıxmaz baxışlar
ömrümə nur bağışlar
[çıxış]
ağlama
məndən ötrü ağlama
ağlama
qoy ağlasın yağışlar
ağlama
məndən ötrü ağlama
ağlama
qoy ağlasın yağışlar
letras aleatórias
- letra de we're going to mars - the backyardigans
- letra de keine chance - seyed
- letra de r.s.a. - 13 block
- letra de cramé - galman
- letra de angels with dirty faces - social club misfits
- letra de is love real - carlo koosh
- letra de r.i.p. - orlando brown
- letra de from ear to ear - cut up
- letra de daniella denmark - jonathan roy
- letra de honor i ojczyzna - firma