letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de de hardasan - rio (aze)

Loading...

[giriş]
de, haradasan?
yerini söylə, mən gəlim
yarım qalan ümidlərim
səni deyə-deyə ağlar
de, haradasan?

[bənd 1]
nə hala gəldiyini görürsən
böyüyürsən, nifrət elədiyin adama dönürsən
yağış bu şəhərin günahların silmir
çünki bu şəhərdə yağış yağanda ölürsən

bu həyat – oyun, uduzuruq və çox susuruq
sancır bu əqrəblər, əzrailin qonşusudur
dəqiqlik zamanın oğrusudur
burada adamı öldürən ölüm deyil
ölümün qorxusudur

mənlə olmaq istəyənlərin qırdım xahişini
təkəm, olmasın deyə yoxluğuna maneçilik
gəl otur, sonuncu şam yeməyi hazırladım
menyunu soruşma, burada yalan yeyib and içirik (yeah, yeah)

[keçid]
həyat ərköyündür, ürəyim daha döyünmür
susun, başım səs-küy götürmür
de, haradasan? üzüm heç gülmür
[nəqərat]
de, haradasan?
yerini söylə, mən gəlim
yarım qalan ümidlərim
səni deyə-deyə ağlar

de, haradasan?
sevgimə çatmayır əlim
sənsiz yaşanan illərim
ümid yollarımı bağlar
de, haradasan?

[bənd 2]
bu gün köhnə məhəlləyə getmişdim
heç kimi tapmadım köhnələrdən
həyatımda istəmədiklərim yığır, ancaq
sənin üçün açıq telefon

necəyəm, yığıb öyrən hərdən
dərin yazmıram içində özüm batmayım deyə
əlləşirlər istədiklərimə çatmayım deyə
amma ağlayırlar yarı yolda atmayım deyə
yaşayıram yaxınlarımı ağlatmayım deyə

denən, haradasan, denən? yerini denən
gəlim, götürüm səni, qayıdaq böyüdüyümüz yerə
denən, necə baxım evdəkilərin üzünə
bu yaşda hər dəfə əli boş qayıdanda evə, evə, еvə?
[keçid]
həyat ərköyündür, ürəyim daha döyünmür
susun, başım səs-küy götürmür
de, haradasan? üzüm heç gülmür

[nəqərat]
de, haradasan?
yеrini söylə, mən gəlim
yarım qalan ümidlərim
səni deyə-deyə ağlar

de, haradasan?
sevgimə çatmayır əlim
sənsiz yaşanan illərim
ümid yollarımı bağlar
de, haradasan?

letras aleatórias

MAIS ACESSADOS

Loading...