letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de azrapatena nağılı (skit) - rg & orxan qarabasma

Loading...

[skit: anar nağılbaz]
ala, buna nə qədər tütün vurublar ala
biri var idi, biri yox idi. lap uzaq qartal vilayətində azrapatena krallığı var idi. burada ortada heç nə olmasa da, hamı bir-birinə düşmən idi. böyüklər çəkilmişdi hərəsi bir tərəfə, elə kiçiklərin onsuz da çoxu nə böyük bilirdi, nə də ki kiçik. nə də ki mərifət-qanacaq qalmışdı. bir gün bu şəhərin mərkəzində iki köhnə dost təsadüfən görüşürlər. rg və orxan qarabasma otururlar bir az oradan, bir az buradan, keçmişdən və azrapatenanın görünməyən gələcəyindən söhbət edirlər. söhbətləri heç də ürəkaçan olmur
– millət kosmosa uçur, bunlar hələ takta düşə bilmir, – deyir orxan
bu hala dözə bilməyən rg deyir:
– bəlkə, bir dənə albom biz eliyək
orxan deyir:
-nə albom e, ala
anar sözünü kəsir ki:
– mini, yəni balaca, görək necə olur da
orxan deyir:
– yox e, heç kim başa düşməz bizi
onda anar deyir ki:
– bir dənə “cboppi”, sonra söhbət edərik
nə isə bir dənə “cboppi”, sonra gözə “qara eynək” düşürlər şəhərə. nə isə, yolda elə şeylər görürlər bunlar, mc’lərin bir-birinin dalınca danışmağı, üzə gülməyi, bir-birlərinə badalaqları
orxan deyir ki:
– bunlara adam lap “badtrip” tutar ki, ala
anar deyir:
– bizim yerimiz bu avaraxana deyil, gedək studiyaya. bütün dünya dursa da qəsdinə, sən işinlə “məst elə”
gəlib çatırlar zahid xəlilov, 69-a. düz gölün yanında başlayır bunların bir illik zəhmətləri. bir il tamam olur, yetişir, iş bitir. “qara biznes”in bir parçası olduğu üçün o yolla da bütün vilayətə paylanılır. bu albom ortaya çıxır. bütün azrapatena qulaq asır, necə də boş şeylərlə məşğul olduqlarını anlayıb, barışıb firavanlıq olsun deyə bir araya gəlib azrapatenanı ayağa qaldırmağa qərara verirlər və hamı xoşbəxt yaşayır. indi nağıl əminiz bu nağılı xırdalasın, rg və qarabasmanın bu albomu var ha, bir ildi işləyib gətirməsinin reallığıdır. hə, albom tutacaqmı, tutmayacaqmı bu da ehtimaldır. nağıl olan tək şey odur ki, azrap bir oldu

letras aleatórias

MAIS ACESSADOS

Loading...