
letra de al mənim ürəyimi - rast
[bənd 1]
günəş sönər, ay batar, baxmasam mən gözlərinə
gözlərimi qəm tutar, yanmasam mən gözlərinə
hanı şirin sözlərin, sevdiyim gözəl gözlərin?
nəyə gərək gözlərim, baxmasam mən gözlərinə?
çəkdim nələr sevgidən
yar, sözlərim yalana döndü
zülmü edibsən nədən?
ürəyim qana döndü
soldu həsrətdən gülüm
əsdi yelləri ömrümün
nəyə gərəkdir, gülüm
qalan illəri ömrümün?
[nəqərat]
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
[bənd 2]
atdın məni, sevgilim
keçilməz bir tufanına
heyranınam, yar, sənin
dözmürəm mən hicranına
könlüm bənzər buluda
baxmadın ağlar səsimə
ömrüm qalar yarıda
nəfəsin ver nəfəsimə
[nəqərat]
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
[bənd 3]
mənə, mənə, sevgilim
baxma belə sərt baxışla
məndən əgər incimisən
sevgimizi bağışla
keçdi zamanlar belə
çəkdi həsrət gözümüz
ömrü verməyək yelə
gəl, birləşsin ulduzumuz
[nəqərat]
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi
gör nələr çəkdim sənsiz
sən mənim şirin sözüm
mən sənsiz necə dözüm?
yollarında qaldı gözüm
al mənim ürəyimi
bu arzu, diləyimi…
letras aleatórias
- letra de i think that i might be going crazy - grabbitz
- letra de f*** (interlude) - jorrdee
- letra de bir aşk yok - esin iris
- letra de actions speak louder than words - bobby darin
- letra de detektiv - supersofa
- letra de the ass carrying the image - scorpinox
- letra de 某東京 - gesu no kiwami otome
- letra de boil a bitch - icy pop
- letra de get mine - bryson tiller feat. young thug
- letra de new jamaica (come sing with me) - stanley beckford