letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de valideynlər - qaraqan

[nəqarət: qaraqan]
qızım, sənə qızıl gətirək italiyadan – mən qır-qızıl istəmirəm!
oğlum, sənə maşın gətirək almaniyadan – mən maşın sürə bilmirəm!
onda nə istəyirsən bu dünyada? – mən heç nə istəmirəm!
səninçün bil biz eliyərik hər şeyi – mən hər şeydən bezmişəm!

[verse: qaraqan]
mənim var ipod`um, iphone`um da 4g
mənim var notebook`um, təzə windows 7
mənim var şalvarım, gətiriblər türkiyədən
mənim köynəyim benetton`dan gah gucci`dən
mənim var qol saatım sənin evindən bahalı
mənim televizorum göstərir belə `любой` k-n-lı
mənim telefonumda natəvanın mahnısı var
qardaşımın toyunda elariz oxumuşdu havayı
qiymətlər, məni tapşırıblar dekana
gedirəm univer`ə imtahandan-imtahana
mənim ilim və bürcüm dolça və qaban
toya, yasa geyinirəm dolce and gabbana
kuba, havana, ou che-guevara
hər şeyim var həyatda, özümsə avara
ata və ana əl çəkin please
heç nə istəmirəm, bezdirdiz

[nəqarət: qaraqan]
qızım, sənə qızıl gətirək italiyadan – mən qır-qızıl istəmirəm!
oğlum, sənə maşın gətirək almaniyadan – mən maşın sürə bilmirəm!
onda nə istəyirsən bu dünyada? – mən heç nə istəmirəm!
səninçün bil biz eliyərik hər şeyi – mən hər şeydən bezmişəm!
[verse: qaraqan]
mənim yox ipod`um, telefonum da itdi
küçədə soyuqdu, evimizdə çox isti
onların davaları qoymur biraz dərs oxuyum
babam xorulduyur, nənəm yenə corab toxuyur
mənim həyatım keçib binaların damlarında
mən ordan baxıram hər gecə ulduzlara
mənə lazım deyil nə villa, nə visa
və heç xoşuma gəlmir eybəcər mona lisa
mən istəyirəm həyatımı yaşayım öz başıma
və heç kəs məsləhətlərin soxmasın başıma
özüm bilərəm bakıda qalım ya kosmosda
mənimçün şimal, cənub hamısı eyni komposda
kuba, havana, ou che-guevara
heç nəyim yox həyatda, ama özüm varam
ata və ana əl çəkin please
heç nə istəmirəm, bezdirdiz

[nəqarət: qaraqan]
qızım, sənə qızıl gətirək italiyadan – mən qır-qızıl istəmirəm!
oğlum, sənə maşın gətirək almaniyadan – mən maşın sürə bilmirəm!
onda nə istəyirsən bu dünyada? – mən heç nə istəmirəm!
səninçün bil biz eliyərik hər şeyi – mən hər şeydən bezmişəm!

letras aleatórias

MAIS ACESSADOS

Loading...