letra de tənhalıqdan ayrıldım - qaraqan
səni gördüyüm an
tənhalıqdan ayrıldım
tənhalığı tərk etdim
səni gördüm — ayıldım
günəşin şəfəqləri süzülür pərdələrin arasından, divara
sağollaşıb qış ilə, biz bürünürük yeni bahara
gözlərimiz ümid ilə dolu
uzanıb baxırıq tavana
buruqları qucaqlayır qolumu
nə gətirir gələcək, bilmirəm yolun sonunu
amma dəqiq bilirəm ki, sənsiz olmur
dedi: “bəlkə buraları tərk edək
gəmilərə yelkənləri bərkidək
bağışlayaq bütün dünyanı, biz əfv edək
keçmişimizi yandıraq, məhv edək”
dedim: “səni gördüyüm an
anladım, xoşbəxtliyim — sənin güldüyün an
əllərin… sən incə ki, əllərin
istərəm bağlasın gözlərimi öldüyüm an”
səni gördüyüm an
tənhalıqdan ayrıldım
tənhalığı tərk etdim
səni gördüm — ayıldım
günəşin şüaları süzülür, divarlara çəkir rəsm
barmaqlarım saçlarında gəzir
sən gülürsən
amma gələcəyin yükü ağır — çiyinlərim əzilir
“sabah nə olacaq?” — soruşsa, mən nə deyim?
həyat axı deyil hədiyyə
gözümüzü bağlayıb bu sevgi dumanı
uçurumun kənarıyla gəzirik
həyatımın bahar fəsli
ya mən bir çiçəyin əsiri
süni sevgilərin arasında
mən, deyəsən, tapdım əslini
səni gördüyüm an
tənhalıqdan ayrıldım
tənhalığı tərk etdim
səni gördüm — ayıldım
letras aleatórias
- letra de bobby trill - wave
- letra de ball 4 ever - benzino, oj da juiceman
- letra de lifestyle rich - teetimus
- letra de this girl - franxis - kungs vs. cookin' on 3 burners
- letra de excuse me - dizy
- letra de spicy - l'élu
- letra de a te translated in english - jovanotti
- letra de love you - chrystina sayers
- letra de pandora - beret
- letra de say i am - gavin degraw