letra de sən yoxsan - qaraqan
[verse 1]
sən yoxsan
qaranlıqda axtardım səni mən, tapmadım
açıq pəncərədən şəhər necə də gözəldir
ağladım, yadıma saldım olanları
və düşündükcə içimə getdim, qapını bağla, sus
sən yoxsan
çatlaq ömrün divarlarını bürüdük ağ kağızla
gizlətdik palçıqlı kərpicləri
əhatə dairəsindən xaricdə mənim ürəyim
söndürülüb, bəsdir, zəng elədiniz, bezdirdiniz!
sən yoxsan, vərəqlərim qalıb boş
mənim həyatım qalıb boş
hədəflərim artıq yox
mən indi daş heykələm insanların içində, mənə baxıb gülürlər
onlar bilmirlər ki, tənhayam mən, sənsizəm mən
sən yoxsan, kimə danışım fikirlərimi?
axı biz seçilmişdik, hər kəsdən ayrı idik, gizlənirdik
biz yaratmışdıq yeni bir dünya, çiçəklənirdi
yaz gəlirdi sevinirdik, inanırdıq, gözləyirdik
[chorus] (2x)
sən yoxsan
ən çox lazım olan anda sən yoxsan
sənsiz azadlıq da zindan, sən yoxsan
sən yoxsan
mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim yoxsan
[verse 2]
ən çox lazım olan anda sən yoxsan
yaddaşım səni basdırmır, hələ ki sağsan
bacarmıram, gizlətmirəm, utanmıram
peşman deyiləm ettiklərimə, amma sən peşmansan
amma yoxsan. sənsiz keçən hər gecəm mənim
bakı dəyişib, dəyişib insanlar, mənim hisslərim
dəyişib dəmiryolundakı qatarlar, amma ki yollar eyni
dəyişib əvvəllər və ortalar, amma ki sonlar eyni!
dəyişib geyimlər və bəzəklər, dəyişib mahnılar
dəyişib insanlar və hədəflər, dəyişib arzular
dəyişib hər şey həyatımda – özümdən başqa
yoxdur kömək, yoxdur əlac, bircə dözümdən başqa
sən yoxsan
bu gün sənin yoxluğunla bir az barışmışdım
bir az öyrəşmişdim, sənsizliyimə alışmışdım
qarışmışdı gündüzlər gecələrlə
yorğun ayaqlarım ayaqyalın boz küçələrlə
[chorus] (2x)
sən yoxsan
ən çox lazım olan anda sən yoxsan
sənsiz azadlıq da zindan, sən yoxsan
sən yoxsan
mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim yoxsan
[verse 3]
bir neçə saat səni mən axtardım, bütün siyirtmələrə baxdım
bütün otaqları gəzdim, tükəndi səbrim
və dəftərimi bağladım, deyəsən, yazmayacam bu gün heç nə
axı səni tapa bilmədim mən
səhifələr necə də boşdur
ürək doldu, daşdı
düşdü pəncərədən ay ışığı, otağa nur bulaşdı
razılaşdı tərsliyim yoxluğunla, yoruldum
itmisən sən
hər yeri axtardım, sonra gördüm, qələmim, əlimdəsən
letras aleatórias
- letra de lataevia (peer pressure) - lil dee
- letra de sugar water (look at my face) ft. horseman - hollie cook
- letra de sad i parken - rugsted
- letra de somewhere - katharina
- letra de volver a empezar - en directo - pablo alborán
- letra de рапер, бате - wosh mc
- letra de iii wonder - papa j. ruiz
- letra de hoes & ladies - t-pain
- letra de doctor's advocate - the game
- letra de ett hjärta - mauro scocco